Ermənistan ÇƏTİN VƏZİYYƏTDƏ: “Paşinyanın planları fiaskoya uğradı”

Ermənistan ÇƏTİN VƏZİYYƏTDƏ: “Paşinyanın planları fiaskoya uğradı”

“Paşinyanın planları “suya düşüb””.

 

Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.  O, qeyd edib ki, Azərbaycanın ABŞ və Avropa İttifaqının vasitəçiliyi ilə danışıqlar prosesinə qatılmaması Ermənistanı çətin vəziyyətə salıb:

 

“Paşinyan hesab edirdi ki, Vaşinqton və Brüsselin vasitəçiliyi ilə Azərbaycana təzyiqlər ediləcək, Qarabağdan köçən ermənilərin qayıtmasına nail olaraq, əlavə şərtlərlə çıxış edəcək. O cümlədən, Qərb bu şərtləri Azərbaycana qəbul etdirəcək. Amma prezident İlham Əliyevin strateji və manevr siyasəti Ermənistanı növbəti dəfə siyasi məğlubiyyətə uğratdı”.

 

Müsahibimiz bildirib ki, Azərbaycana nə Moskva, nə də Qərbdə danışıqlar aparmaq sərf edir:

 

“Ermənistanla sülh müqaviləsinin bağlanması istiqamətində intensiv danışıqlar aparmaq, xarici ölkələrə səfərlər etmək bizim üçün vaxt itkisidir. Belə danışıqlar prosesi Ermənistanın maraqlarına uyğundur. Digər tərəfdən, ötən gün Ermənistanın xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan vasitəçilərin iştirakı ilə danışıqlarda maraqlı olduqlarını və Qarabağ məsələsini gündəmdə saxladıqlarını vurğulayıb. Yəni, Ermənistan hakimiyyəti öz avantürist siyasətindən geri çəkilməyib”.

 

Günay


OXŞAR XƏBƏRLƏR