“Bunu etməsək, düşmən qayıdışa qarşı təxribatlarını gücləndirəcək” – Millət vəkili

“Bunu etməsək, düşmən qayıdışa qarşı təxribatlarını gücləndirəcək” – Millət vəkili

“Hazırda ölkənin 10-dan çox ali təhsil ocağında sosial işçi proqramı yerinə yetirilir”.

 

Sfera.az bildirir ki, bunu Sosial Tədqiqatıar Mərkəzinin direktoru, millət vəkili Zahid Oruc "Social work&Social Research" beynəlxalq konfransında çıxışı zamanı deyib.

 

O qeyd edib ki, bu istiqamətdə mütəxəssis hazırlığı 4 illik ali təhsillə aparılır:

 

“Hər il Azərbaycan Universitetinə bakalavr təhsili üzrə sosial iş ixtisasına 120, Bakı Dövlət Universitetinə 100, magistraturaya hər birində 10-dan çox tələbə qəbul edilir. Ölkəmizdə Vətən müharibəsi iştirakçıları, yaralı və şəhid, eləcə də aztəminatlı ailələrə qulluğa qədər geniş spektrdə fəaliyyət göstərən sosial işçilərə dərin ehtiyac var. Fikrimizcə, hərbi sosial işçilərin hazırlanması dövlət və özəl sektorun qarşısında duran ən mühüm vəzifədir”.

 

Z.Oruc bildirib ki,  indi öz yurduna qayıdan insanları müxtəlif mənəvi-psixolji, o cümlədən mədəni və sosial qayğı ilə əhatə etməliyik:

 

“Əks halda, düşmən hər gün mina, məmur diqqətsizliyi, kommunikasiya boşluğunu ələ alıb qayıdışa qarşı təxribatlarını gücləndirəcək. Universitetlərimiz, ali təhsil ocaqlarımız millətimizin qabaqcıl qüvvələridir. Uzun on illər təkcə ölkəmizdə deyil, həm də beynəlxalq miqyasda Heydər Əliyev Fondu ən böyük sosial xidmətçi olduğunu sübuta yetirib”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR