Moldova vətəndaşı Rusiyada hərbi komissarlığı yandırmağa çalışdı - FOTOLAR

Moldova vətəndaşı Rusiyada hərbi komissarlığı yandırmağa çalışdı - FOTOLAR

Rusiyada Moldova Respublikasının vətəndaşı 35 yaşlı Maksim hərbi komissarlığın binasını yandırmağa cəhd edib.

 

Sfera.az bildirir ki, Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə yerli vaxtla səhər saat 5 radələrində baş verib. Gənc kişi çantadan bir neçə Molotov kokteyli çıxararaq binaya atmağa başlayıb. Lakin onların hamısı fasaddan sıçrayaraq səki daşlarına düşüb.


Moldova vətəndaşı hadisə yerində saxlanılıb.Onun Rusiyada qeydiyyatsız yaşadığı məlum olub. Barəsində “terror aktı” maddəsi ilə cinayət işi açılıb.

 

Qeyd edək ki, sentyabrda yaşlı rusiyalı qadın Sankt-Peterburqda hərbi komissarlığı yandırıb. Bu hadisə nəticəsində xəsarət alan olmayıb.Noyabrın 14-də də isə Rusiyanın Podolsk şəhərində yerli sakinlər bir gündə iki dəfə hərbi komissarlığı yandırmağa cəhd edib.Noyabrın 23-də isə 17 yaşlı məktəbli Yeqor Balazeik iki hərbi komissarlığı yandırmağa cəhd etdiyinə görə mühakimə olunub. O, cəzasının 6 ilini yetkinlik yaşına çatmayanlar üçün cəzaçəkmə müəssisəsində keçirəcək.

 

 

Aynil

 

 

 


OXŞAR XƏBƏRLƏR