Çindən yeni BƏLA GƏLİR - Xəstəxanalar uşaqlarla doludur

Çindən yeni BƏLA GƏLİR - Xəstəxanalar uşaqlarla doludur

Çində, xüsusən də uşaqlar arasında müəmmalı pnevmoniya epidemiyası qeydə alınıb. Yerli xəstəxanalar əvvəllər diaqnoz qoyulmamış tənəffüs yolu xəstəliklərindən əziyyət çəkən xəstələrlə doludur.

 

Sfera.az bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) artıq tənəffüs xəstəliklərinin artması ilə bağlı ətraflı məlumat üçün Pekinə sorğu göndərib.

 

Sorğuda Çindən 24 saat ərzində ÜST-ə əvvəllər diaqnoz qoyulmamış respirator xəstəliklə bağlı ölkədəki epidemioloji vəziyyət haqqında məlumat verməsi tələb olunub.

 

Həmçinin ÜST artıq ölkə sakinlərini qabaqlayıcı və qoruyucu tədbirlər görməyə çağırıb.

 

Məlumata görə, ölkədəki xəstəxanalar uşaqlarla doludur. Xüsusilə, Pekində və şimal-şərq Liaoninqdə, eləcə də sahilyanı Syamen şəhərində vəziyyətin kritik olduğu bildirilib.

 


Bir çox məktəblər bağlanıb.  Pnevmoniya təkcə tələbələr arasında deyil, müəllimlər arasında da qeydə alınıb. Həmçinin, Çinin şimalında oktyabrın ortalarından etibarən qripə bənzər xəstəliklərin sayında kəskin artım qeydə alınıb.

 

Qeyd edək ki, sentyabr ayında ekspertlər dünya üzrə təxminən 50 milyon insanın ölümünə səbəb ola biləcək böyük pandemiya ehtimalı barədə xəbərdarlıq ediblər. Xəstəliyin COVID-19-dan daha ölümcül olduğu və miqyasına görə İspan qripi ilə müqayisə edildiyi bildirilib.

 

Mütəxəssislər isə Ümumdünya Səhiyyə Təşkilatının “X xəstəliyi” adlandırdığı epidemiyanın hər an dünyaya yayılacağı barədə xəbərdarlıq edir.

 

Aynil Camal
 


OXŞAR XƏBƏRLƏR