Üzünü gizlədən oğrunu rəngli alt paltarı ələ verdi - VİDEO

Üzünü gizlədən oğrunu rəngli alt paltarı ələ verdi - VİDEO

 

Oğurluqda şübhəli bilinən şəxsin rəngli alt paltarı onu ələ verib.

 

Sfera.az xəbər verir ki, oğurluq 2022-ci ilin sentyabrında Nyu-Yorkda tütün mağazasında baş verib.

 

Nyu-York federal məhkəməsinə edilən şikayətə görə, üç maskalı şəxs Mazda avtomobilindən çıxaraq mağazaya daxil olub. Şikayətdə oğrulardan ikisinin işçilərə və müştərilərə silah tuşladığı bildirilir. Üçüncüsü isə kassanı boşaldaraq piştaxtadakı malları və işçilərin telefonlarını qarət edib.

 

Soyğunçular gəldikləri avtomobillə qaçıblar. Mediada yayılan görüntülərdə üçüncü quldurun böyük İ hərfi və 1990-cı il yazılan sarı rəngli alt paltarı geyindiyi əks olunub. Adı açıqlanmayan şikayətçi polisə şübhəlinin həmin rəngli alt paltarı ilə çəkdirib İnstaqram hesabında paylaşdığı şəklini göstərib. Şikayətçi həmçinin polislərə quldurların oğurlanmış malları Queensdəki başqa bir mağazada satmağa çalışdıqlarını bildirib.

 

Əməliyyatçılar oğurlanmış malların satışı ilə bağlı video görüntüləri nəzərdən keçirərkən, rəngli alt paltarı geymiş bir adam diqqətlərini çəkib. Görüntülərdə maskasız olan cinayətkarın kimliyini müəyyən etmək mümkün olub. 30 yaşlı şübhəli noyabrın 22-də səhər saatlarında Nyu-York Polis Departamenti və Alkoqol, Tütün və Odlu Silahlar Bürosunun birgə əməliyyat qrupunun üzvləri tərəfindən evində həbs edilib.

 

ABŞ prokurorluğunun sözçüsü saxlanılan şəxsin federal məhkəmədə mühakimə olunacağını bildirib.

 

Aynil

 

 


OXŞAR XƏBƏRLƏR