Turistlərə kanalizasiyada saxlanan yeməklər satılır - Fransada BİABIRÇILIQ + FOTOFAKT

Turistlərə kanalizasiyada saxlanan yeməklər satılır - Fransada BİABIRÇILIQ + FOTOFAKT

Parisdə küçə satıcıları yeməkləri kanalizasiya quyusunda saxlayırlar.

 

Sfera.az bildirir ki, küçə satıcılarının krep və sendviçləri Eyfel qülləsi yaxınlığındakı "Şamp-de-Mars" küçəsi boyunca "lyuk"larda saxladıqları aşkarlanıb.

 

Fransa qəzetinin paylaşdığı kadrlarda satıcıların qida paketlərini kanalizasiya "lyuk"larının altında gizlətdikləri aydın görünür. Xəmir və digər inqrediyentlər, o cümlədən, ət, içkilər də "lyuk"larda və havatəmizləyici qurğuların içində tapılıb. Bu barədə fransız jurnalistlərə Eyfel qülləsinin yerləşdiyi ərazinin sakini məlumat verib. Yeməklər daha sonra qızdırılır və satışa çıxarılır.

 

"Turistlərə natəmiz şəraitdə saxlanılan və dondurulmuş xəmirdən hazırlanan məhsullar satılır. Qoxunu və acı dadı gizlətmək üçün yeməklərin üzərinə vanil səpirlər"-  adı açıqlanmayan bir sakin bildirib. 

 

 

Həmkarlar İttifaqının prezidenti Frank Delvaux qeyd edib ki,  satıcıların əllərini yumaq imkanlarının olmadığından əhalinin sağlamlığı risk altındadır. Satıcıların bəziləri hətta xarab mallar, eləcə də krantdan doldurulmuş sular satırlar.

 

Delvaux vurğulayıb ki, ərzaq köşkləri çox vaxt lisenziyasız fəaliyyət göstərir. Satıcıların çoxunun işləmək icazələri yoxdur və kriminal qruplar tərəfindən istismar olunurlar.

 

Paris və “İle-de-Fransa” Otel İşçiləri İttifaqının vitse-prezidenti David Zenuda da öz narahatlığını bildirib:

 

“Olimpiadaya bir il qalıb və biz nəsə etməsək, Eyfel qülləsi ətrafında əsl qeyri-qanuni ərzaq bazarı yaranacaq”.

 

Aynil Camal

 

 

 

 


OXŞAR XƏBƏRLƏR