AFFA hakimləri təhqir edən futbolçunu cəzalandırdı

AFFA hakimləri təhqir edən futbolçunu cəzalandırdı

II Liqa komandası “Dinamo”nun futbolçusu Yusif Cəfərov diskvalifikasiya edilib.

 

Sfera.az xəbər verir ki, buna səbəb onun Azərbaycan Kubokunun I təsnifat mərhələsində “Göygöl” ilə oyunda hakimləri təhqir etməsi olub.

 

Matçın 84-cü dəqiqəsində qırmızı vərəqə aldıqdan sonra hakimlərin ünvanına qeyri-etik ifadələr işlədən oyunçu AFFA İntizam Komitəsi tərəfindən 4 oyunluq cəzalandırılıb. Komanda isə 300 manat cərimə olunub.

 

Qeyd edək ki, rəqibinə 1:2 hesabı ilə məğlub olan “Dinamo” ölkə kuboku ilə vidalaşıb.


OXŞAR XƏBƏRLƏR