Qədim Yunanıstanda “repetitor” qullara deyilirmiş – İlginc AÇIQLAMA

Qədim Yunanıstanda “repetitor” qullara deyilirmiş – İlginc AÇIQLAMA

Dövrümüzdə “repetitor” sözü heç kimə yad deyil. Bəs, repetitor terminin qul əməyini ifadə etdiyini bilirdiniz?

 

Təhsil eksperti Nadir İsrafilov “repetitor” sözünün tarixi mənşəyi ilə bağlı Sfera.az-a açıqlamasında bildirib ki, “pedaqoq” sözü (paidagogos – pais, paidos – uşaq və ago – yönəldirəm) qədim Yunanıstanda yaranıb :

 

“Yunanlar ağalarının uşaqlarını məktəbə aparıb-gətirən qullarını belə adlandırırdılar. Pedaqoqlar tədricən quldan evdə dərs deyən müəllimlərə çevrildilər. Sonralar hər şeyi hamıya öyrətmək sənəti kimi meydana çıxan, yunanca “didakticos” (öyrədən) və “didasko” (öyrənən) sözlərindən götürülmüş didaktikanın inkişafı nəticəsində Yan Amos Komenski elmlər sistemini yaratmaq ideyasını irəli sürdü.

 

Komenski təkcə nəyi öyrətmək və nəyi öyrənmək deyil, eyni zamanda necə öyrətmək və öyrənmək, həmçinin təlimin prinsiplərinin və qaydalarının müəyyənləşdirilməsinin, tədris ili, tətillər, tədris ilinin rüblərə bölünməsinin, şagirdlərin eyni vaхtda məktəbə qəbulunun, sinif-dərs sisteminin, məktəblilərin biliklərinin hesaba alınmasının və qiymətləndirilməsinin, tədris gününün davametmə müddətinin və s. əsasını qoydu.

 

Müasir dövrümüzdə “pedaqoq”lar (evdə dərs deyənlər)  öz keçmişlərinə qayıdaraq “repetitor”lara - evdə fərdi qaydada qeyri-rəsmi fəaliyyətlə məşğul olan peşə sahiblərinə çevriliblər”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR