Təhlükəsiz Qara Cümə - Fırıldaqlardan və saxta endirimlərdən necə qorunmaq olar?

Təhlükəsiz Qara Cümə - Fırıldaqlardan və saxta endirimlərdən necə qorunmaq olar?

Qara Cümə ərəfəsində internetdə çoxsaylı fırıldaqçılar aktiv fəaliyyət göstərir, saxta satışlar təşkil edir, hədiyyələr, lotereyalar və s. təklif edir.

 

Sfera.az bildirir ki, “Qara Cümə” bu il noyabrın 24-nə təsadüf edir. Ekspertlərin fikrincə, təhlükəsiz onlayn alış-veriş üçün müəyyən qaydalara əməl etməlisiniz.

 

Həm kart hesabınızdakı pulları, həm də elektron pul kisələrini qorumaq üçün diqqətli və tədbirli olmaq, həmçinin onlayn alış-veriş zamanı müəyyən qaydalara əməl etmək lazımdır.

 

Satıcı yoxlanışı

 

İlk növbədə, məhsul üçün ilkin ödəniş tələb olunmayan, etibar etdiyiniz və ya daha əvvəl xidmətindən istifadə etdiyiniz satıcı ilə iş görmək daha yaxşıdır. İlk dəfə bir şey alacağınız şəxslərə çatdırılma zamanı nağd pul ödəmək daha yaxşıdır. Yeri gəlmişkən, əgər onlayn mağazanın domeni bir aylıq və ya daha azdırsa, oradan heç bir məhsul almamaq daha yaxşıdır. Belə saytın sırf Qara Cümə zamanı xüsusi olaraq yaradılma ehtimalı yüksəkdir.

 

Saxta endirimlər

 

Belə endirimlər ərəfəsində, fırıldaqçılar bütün mümkün kommunikasiyalar vasitəsilə çoxsaylı reklamlar göndərirlər. Eyni zamanda, cüzi ilkin ödəniş tələb edirlər, lakin sonra pulla birlikdə yoxa çıxırlar.

 

Pulsuz hədiyyələr və "maraqlı" təkliflər

 

Qara Cümə günləri guya bonus üçün fırıldaqçılar, şəxsi məlumatlar olan bir forma doldurmağı, 3 telefon nömrəsini göstərməyi təklif edirlər. Amma sonra bundan fırıldaqçılıq üçün, məsələn, bank kartları və ya online kredit üçün istifadə edə bilərlər.

 

Saxta lotereya və ya müsabiqələr

 

Bu sxemdə fırıldaqçılar uduşlu lotereyalar, hədiyyəli müsabiqələrdə və s. iştirak etmək istəyənləri dəvət edirlər. Amma iştirak üçün pul istəyirlər. Pul hesabdan çıxandan sonra isə yox olurlar.

 

Əsas təhlükəsizlik qaydaları:

 

Gün ərzində alış-veriş balansını bank kartı ilə yoxlayın; naməlum telefon nömrələrindən gələn zənglərdən ehtiyatlı olun; əlavə identifikasiya yaradın; yalnız telefonda yaddaşda qalmış Wi-Fi şəbəkəsindən istifadə edin; yalnız rəsmi mobil proqramları yükləyin.

 

Qara Cümə

 

Qara Cümə adlanan nəhəng satış ənənəsi ABŞ-də yaransa da, tez bir zamanda bütün dünyanı fəth edib. Buna görə də insanlar istədiklərini münasib qiymətə almaq üçün noyabrın son cümə gününü səbirsizliklə gözləyirlər. Bu il Qara Cümə noyabrın 24-nə təsadüf edir. Bir tərəfdə amerikalı tələbələr irqçi adla bağlı Qara Cümə adının dəyişdirilməsini təklif edirlər. Digər tərəfdə isə Qara Cümə günü endirimlərinə görə bir-birinin üstündən adlayaraq keçir, ayaqaltında qalanlar da olur.

 

Xatırladaq ki, Qara Cümə günlərindən birində qadınlar alış-veriş mərkəzində tualet kağızı üstündə dava salmışdılar.

 

Aynil


OXŞAR XƏBƏRLƏR

“Bred Pitt” qadınların 325 min avro pulunu mənimsəyib

İspaniya hakimiyyəti iki qadının 325 min avro pulunu aldatmaqla mənimsəyən, fırıldaqçılıqla məşğul olan beş nəfəri həbs edib.   Sfera.az bildirir ki, ş...

100 ildən çoxdur tərk edilib: Sahibi “Titanik”də ölən qəsr

Şəhər tədqiqatçısı və bloqqer (deserted_places) Fransada sahibinin 1912-ci ildə Titanikdə faciəvi şəkildə ölməsindən sonra tərk edilmiş qalanı ziyarət edib. ...

Heç nə etmədən gündə yüzlərlə dollar qazanır - FOTO

Dünyanı gəzən macəraçı Dryu Binski yaponiyalı Şoji Morimotonu işə götürüb. Bu adam bir neçə saat üçün təxminən 100 dollara "bir müddət dost" kimi işlə...

Rusiyada ukraynalılara qarşı 5 mindən çox cinayət işi başlanılıb

2014-cü ildən bəri Rusiya istintaq orqanları Ukrayna hərbi və siyasi hakimiyyət orqanlarının nümayəndələrinə, o cümlədən millətçi strukturlara qarşı 5300-dən ço...

Blinken:Sülh sazişi regiona sabitlik və rifah gətirəcək

ABŞ Dövlət Departamenti sentyabrın 26-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın BMT Baş Assamble...

Azərbaycanda Anım Günüdür

Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür.   Sfera.az bildirir ki, Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təs...