Türkana efirdə ev hədiyyə etdilər: "Əgər bu insanın fikri ciddidirsə..." - VİDEO

Türkana efirdə ev hədiyyə etdilər:

Müğənni Türkan Vəlizadəyə efirdə ev hədiyyə olunub.

 

Sfera.az bizim media-ya istinadla xəbər verir ki, sənətçi bununla bağlı məlumatı qonaq olduğu "7 tamam" axşam şousunda alıb.

 

Sənətçiyə Yasamal ərazisində yerləşən çoxmərtəbəli yeni tikili binaların birində 100 kvadratlıq təmirsiz məzil hədiyyə olunub. Əlavə edilib ki, mənzil tam təmir olunaraq Türkana təhvik veriləcək.

 

Evin görüntüləri proqramda yayımlandıqdan sonra Vəlizadəyə mənzilin açarları təqdim olunub. Lakin Türkan bu bahalı hədiyyədən imtina edib: "Çox təəccübləndim. Bir sıra pərəstişkarlar istəyirlər ki, onların sevdiyi sənətçilər gözəl evlərdə yaşasınlar. Şükürlər olsun ki, əziyyətlə çalışıb pulumuzu qazanıb, özümüzə hansısa bir şərait qura bilirik. Mən tanımadığım insanlardan hədiyyə qəbul etmirəm. Bəlkə də o insanın özü buraya gəlsəydi və bu hədiyyəni mənə təqdim etsəydi heç olmasa bilərdim ki, kimdir...

 

Mən məzil hədiyyə verəcək insanı isə yaxından tanımaq istəmərəm. Çünki mənə ev lazım deyil. Şükürlər olsun ki, evim var. Valideynlərimlə birgə o evdə yaşayıram. Mənə sevgi lazımdır. Qadın sevgisi, istəyi, diqqəti... Mən heç mənə ev hədiyyə edən o insanın ailəli və ya subay olduğunu da bilmirəm. Heç nə istəmirəm. Bəlkə bu insan üzüklə studiyaya gəlsəydi... 

 

Mən hu hədiyyəni qəbul etməyəcəyəm. Amma onu da deyim ki, məni heç kim heç zaman hədiyyələrlə ürəyimi ala bilməz. Bu mümkün deyil. Çünki, dünya malı dünyada qalacaq. Mənə isə dəyər, sevgi lazımdır. Əgər bu insanın fikri ciddidirsə, o zaman özünü təsdiqləsin". 

 

Verilişin gedişatında Türkan sevgilisinin olmadığını vurğulayıb.

 


OXŞAR XƏBƏRLƏR

Araşdırmaya görə, ən tənha insanların yaşadığı yerlər məlum olub

Yunanıstan və Kiprdəki səmavi mənzərələr və günəş işığının bolluğu insanın belə gözəllikdə həqiqətən xoşbəxt olacağına zəmanət vermir. Bu yerlər özünü tənha his...

Böyük evinin olmasına baxmayaraq 4 ildir maşında yaşayır - FOTO

Çinli proqramçı Zhang Yunlai öz dörd mərtəbəli evinin olmasına baxmayaraq, dörd ildir ki, elektrik avtomobilində yaşayır. Kişi bu seçimi azadlığı və rahatlığı ü...

Niyə bəzi ölkələrdə həbsxanadan qaçmaq cinayət sayılmır?

Həbsxanadan qaçmağın hər yerdə ağır cəzaya səbəb olduğunu düşünürsənsə, yanılırsan. Bəzi ölkələrdə məhbusların qaçmağa cəhdləri tamam fərqli anlayışla qarşılanı...

Ağcabədidə ağır qəza, iki hərbçi həlak oldu- VİDEO

Ağcabədidə baş verən qəzada iki nəfər ölüb.    Sfera.az-ın xəbərinə görə, hadisə rayon ərazisində baş verib.   Belə ki, hərəkətdə ola...

Azərbaycanda ən çox hansı avtomobillər kreditlə alınır?

2024-cü il üzrə Azərbaycanda fiziki şəxslər tərəfindən alınan istehlak kreditləri çərçivəsində avtomobil kreditlərinin strukturu dəyişib, ekoloji cəhətdən daha ...

“Yalı Çapkını”nın andiçmə mərasimi oldu - VİDEO

“Yalı Çapkını”nın Feriti Mert Ramazan Demirim əsgərlikdən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, Hatayda ödənişli hərbi xidmətdə...