Bir az fast-food, bir az tarix - FOTOLAR

Bir az fast-food, bir az tarix - FOTOLAR

Hər kəsin ömründə bir dəfə də olsa yediyi, hətta çoxunun gününü onsuz təsəvvür etmədiyi qidaların tarixi haqqında məlumatları sizə təqdim edirik.

 

Uşaqların çox sevdiyi hamburgerdən başlayaq.

 

Sfera.az bildirir ki, 19-cu əsrdə bir alman taciri Orta Asiyaya səfəri zamanı “Tatar biftek”alaraq, yaşadığı Hamburqa gətirib və onu “Hamburq steyki” kimi satmağa başlayıb.

 

 

Daha sonra başqa bir aşpaz bu əti qızardaraq “hamburger” adlandırıb. Beləliklə, əslində deyə bilərik ki, indi yediyimiz hamburger adi çörək üzərində ət idi.

 

Müasir iki dilim çörək arasında olan hamburger isə ilk dəfə Amerikada 1900-cü ildə danimarkalı mühacir Lui Lassen tərəfindən yaradılmışdır.

 

Kartof free

 

Əsl adı “fransız qızartması” olduğu üçün kimdən soruşsanız deyəcək ki, bu fransız ixtirasıdır. Əslində isə belə deyil.

 

Bəzi tarixçilər iddia edirlər ki, bu gün kartof qızartması kimi yediyimiz şey əslində düşündüyümüz kimi fransız deyil, Belçikanındır. 1600-cü illərin sonlarında kartofun bu cür ilk qızardıldığı yer Belçika olub.

 

Hekayə isə belədir: Belçika kəndliləri balıqlarını incə dilimləyib qızardıb qəlyanaltı kimi yeyərdilər. Amma qış aylarında çay donduğundan balıq tuta bilmədiklərindən daha nə edə biləcəklərini düşünməyə başlayıblar. Kəndlilər kartofu incə doğrayıb qızardıb yeməyin çox dadlı olduğunu kəşf etdilər. Eynilə balıq kimi dadlı imiş. Beləliklə, ilk kartof free hazırlanmışdı.

 

Bəs niyə onlara “Fransız qızartması” deyilir? Təbii ki, bunun çox məntiqli izahı var.

 

Birinci Dünya Müharibəsi zamanı amerikalı əsgərlər kartof qızartmasının dadına baxma şansı əldə etdilər və ləzzətinə aşiq oldular. Belçikanın cənubunda dominant dili fransız dili olduğundan, onlara “fransız qızartması” dedilər və adı belə də qaldı.

 

Çips

 

Kartofla davam edək. Kartofun baş qəhrəman olduğu zərərli, lakin dadlı bir şey: Çips 1853-cü ilin yayında çox varlı bir adam Nyu-Yorkun Saratoqa Sprinqs şəhərindəki bir restoranda oturub yeməyini gözləyirdi. Mətbəx işçisi, yarı afrikalı, yarı yerli aşpaz Corc Krum, kişinin yeməyini kartof qızartması ilə təqdim edir. Lakin kişi kartof qızartmasının çox qalın olduğunu əsas gətirərək yeməyi geri göndərir.

 

Krum adamın bu münasibətini yaxşı qarşılamadı. O, qəzəblə qızdırılan yağda mümkün olan ən incə kartof tikələrini doğrayıb qovurdu. Aşpaz Krum, təhqir olaraq masaya qaralmış və qırılan kartofları göndərdi, lakin komandir Vanderbilt təhqir kimi göndərilən bu nazik kartofları çox sevirdi. Şirkət sahibi Harriet Moon tezliklə bu çipslərin artıq xüsusi yemək kimi təklif ediləcəyini açıqladı.

 

Müştərisinə qəzəblənərək istəmədən çipsləri icad edən Krum qısa müddətdə “Crum's Place” adlı öz restoranını açır. Orada Vanderbilt kimi milyonçular bu çipsləri yemək üçün saatlarla növbə gözləyirdilər. Fantastikdir. Oturduğu yerdə hikkəsindən varlanan bir insan.

 

Pizza

 

Pizzanın tarixi müxtəlif qədim mədəniyyətlərin bir neçə inqrediyentdən ibarət sadə yastı çörəklər istehsal etdiyi qədim dövrlərə gedib çıxır.

 

Dünyanın ilk pizza yeri 1830-cu ildə İtaliyada açılıb.

 

Əfsanəyə görə, İtaliya kralı I Umberto və kraliça Marqerita 1889-cu ildə Neapolda olublar. Müasir pizzanın atası kimi tanınan “Raffaele Esposito” kral və kraliça üçün 3 fərqli pizza hazırlayır. Kraliça Marqerita İtaliya bayrağının rənglərini xatırladan pizzanı sevir: yaşıl (reyhan yarpaqları), ağ (mozzarella) və qırmızı (pomidor). Hekayədə olduğu kimi, bu birləşmə onun şərəfinə "Pizza Margherita" adlanır.

 

İtaliyadan bütün dünyaya yayılan pizza 1905-ci ildə Amerikaya çatıb. Amerikada ilk pizzacı 1905-ci ildə Nyu Yorkda açılıb. ​

 

Kinoteatrların vazkeçilməz hissəsi olan popkorn vaxtıdır.

 

Popkorn

 

Arxeoloqlar insanların minlərlə ildir popkorndan xəbərdar olduğunu aşkar ediblər. Məsələn, Meksikada popkorn qalıqları təxminən eramızdan əvvəl 3600-cü ildə tapılıb.

 

19-cu əsrdə qarğıdalı ləpələri sobaya atılırdı. Popkorn termini ilk dəfə John Russell Bartlettin 1848-ci ildə yazdığı "Amerikanlıq lüğəti"ndə verilib. 1890-cı illərdə Charles Cretors buxarla işləyən popkorn maşınını icad etdikdə popkorn istehlakı sürətlə artdı. Böyük Depressiya illəri zamanı popkorn olduqca ucuz idi və buna görə də çox populyarlaşdı. Popkornun kino biletindən daha çox qazanc əldə etdiyini aşkar edən sahibkarlar qarğıdalı fermalarını alıb kinoteatrlarda bilet qiymətlərini aşağı saldılar.

 

Sonradan kinoteatrda qarğıdalı yemək vərdişi bütün dünyaya yayıldı.

 

Aynil

 


OXŞAR XƏBƏRLƏR