Daha bir fanat pərəstişkarı olduğu müğənninin konsertində vəfat edib - FOTO

Daha bir fanat pərəstişkarı olduğu müğənninin konsertində vəfat edib - FOTO

Britaniyalı müğənni Robbi Uilyamsın konsertində fanatı dünyasını dəyişib.

 

Sfera.az xəbər verir ki, hadisə noyabrın 16-da, Allianz Stadionunda Uilyamsın XXV Avstraliya turunun ilk konsertinin açılış gecəsində baş verib.

 

Qadının 70 yaşında olduğu məlum olub. Konsert bitdikdən sonra stadionu tərk edən qadın izdihamın arxasınca getməyərək, oturacağın üstündən keçməyə çalışıb. Nəticədə o, tarazlığını saxlaya bilməyib və lap dibə yuvarlanıb. Qadın huşunu itirib. Dərhal hadisə yerinə gələn tibbi heyət qadına ilkin tibbi yardım göstərsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Ağır kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilən qadın aldığı xəsarətlər nəticəsində vəfat edib.

 

 

Müğənninin özü konsertində baş verənlərlə bağlı hələlik heç bir açıqlama verməyib. Qeyd edək ki, son bir ayda dünya şöhrətli ulduzların konsertində fanatların ölməsi ilk hal deyil.

 

Xatırladaq ki, noyabrın 18-də Taylor Sviftin konsertində fanat dünyasını dəyişmişdi. Bu, Braziliyanın Rio-de-Janeyro şəhərində baş vermişdi. 23 yaşlı Anna Klar Benevidisin ürəyi istidən dayanıb.

 

Bundan əlavə, Taylor Swiftin Rio-de-Janeyroda ERAS turu çərçivəsində baş tutan bir konsertində də fanatlardan bəziləri ikinci dərəcəli yanıqlar alıblar. Temperatur 59,3C çataraq, stadionda olan metal döşəməni qızdırıb və buranı “isti soba”ya çevirib. Yüksək səsli konsertlərin mənfi tərəfinin məhz bu olduğu bildirilir.

 

Aynil

 


OXŞAR XƏBƏRLƏR