Şəhid Rüstəm Məmmədovun üçüncü ildönümü qeyd olundu - FOTO

Şəhid Rüstəm Məmmədovun üçüncü ildönümü qeyd olundu - FOTO

Noyabrın 22-də Göyçay rayonunun Yeniarx kəndindən olan 44 günlük Vətən müharibəsi şəhidlik zirvəsinə yüksələn Məmmədov Rüstəm İbrahim oğlunun üçüncü ildönümü Mingəçevir şəhər Şəhidlər Xiyabanında qeyd olundu.

 

Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları, Göyçay RİH yanında İctimai Şuranın və şəhid ailələrinin üzvləri, rayon Statistika İdarəsinin müdiri, Göyçay RİH başçısının Yeniarx kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin üzvləri, KİV nümayəndələri və şəhidin yaxınları iştirak ediblər.

 

Mərasim iştirakçıları Mingəçevir şəhər Şəhidlər Xiyabanında şəhidin əziz xatirəsini ehtiramla yad edərək məzarı üzərinə gül dəstələri düzüblər.

 

Şəhidin ildönümü mərasimində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər Qələbəsindən və şəhid Rüstəm Məmmədovun keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs edilib.

 

Mərasim zamanı məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

 

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

 

Xatırladaq ki, şəhid Məmmədov Rüstəm İbrahim oğlu 10.08.1998-ci il tarixdə Göyçay rayonunun Yeniarx kəndində anadan olmuşdur. Həqiqi hərbi xidmətini bitirdikdən sonra 08.09.2020-ci il tarixdə N saylı hərbi hissədə MAHHXHQ vəzifəsində xidmətə başlamışdır. 44 günlük Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. 22 noyabr 2020-ci il tarixdə Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

#AzerbaijanRemembers


OXŞAR XƏBƏRLƏR

“Bred Pitt” qadınların 325 min avro pulunu mənimsəyib

İspaniya hakimiyyəti iki qadının 325 min avro pulunu aldatmaqla mənimsəyən, fırıldaqçılıqla məşğul olan beş nəfəri həbs edib.   Sfera.az bildirir ki, ş...

100 ildən çoxdur tərk edilib: Sahibi “Titanik”də ölən qəsr

Şəhər tədqiqatçısı və bloqqer (deserted_places) Fransada sahibinin 1912-ci ildə Titanikdə faciəvi şəkildə ölməsindən sonra tərk edilmiş qalanı ziyarət edib. ...

Heç nə etmədən gündə yüzlərlə dollar qazanır - FOTO

Dünyanı gəzən macəraçı Dryu Binski yaponiyalı Şoji Morimotonu işə götürüb. Bu adam bir neçə saat üçün təxminən 100 dollara "bir müddət dost" kimi işlə...

Rusiyada ukraynalılara qarşı 5 mindən çox cinayət işi başlanılıb

2014-cü ildən bəri Rusiya istintaq orqanları Ukrayna hərbi və siyasi hakimiyyət orqanlarının nümayəndələrinə, o cümlədən millətçi strukturlara qarşı 5300-dən ço...

Blinken:Sülh sazişi regiona sabitlik və rifah gətirəcək

ABŞ Dövlət Departamenti sentyabrın 26-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın BMT Baş Assamble...

Azərbaycanda Anım Günüdür

Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür.   Sfera.az bildirir ki, Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təs...