Rabitəbank yenilənmiş müasir filialının açılışını etdi - FOTOLAR

Rabitəbank yenilənmiş müasir filialının açılışını etdi - FOTOLAR

Rabitəbank müasir bankçılıq texnologiyaları ilə təchiz olunmuş Səbail filialının yeni ünvanda açılışını edib.

 

Sfera.az xəbər verir ki, Səbail filialı artıq Nəsimi rayonu, Alı Mustafayev 1D (3-cü mikrorayon dairəsi) ünvanında yerləşir.

 

Yenilənmiş Səbail filialında fiziki və hüquqi şəxslərə, həmçinin sahibkarlara yüksək səviyyədə hər növ bank xidmətləri göstəriləcək.

 

Müştərilər bank xidmətləri üzrə məsləhətlər ala, hesablar aça, həmçinin individual yanaşma ilə özlərini rahat ofis şəraitində hiss edə biləcəklər.

 

Filialda, hesablaşma-kassa əməliyyatları, müxtəlif növ kreditlər, əmanətlər, plastik kartlar, pul köçürmələri, valyuta mübadiləsi və digər bank xidmətləri təklif ediləcək. Eyni zamanda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan müştərilər biznes kredit məhsulları üçün (mikrokredit, KOB krediti, korporativ kredit) müraciət edə biləcək, müxtəlif dövlət fondları vasitəsilə banka ayrılmış güzəştli kredit məhsullarından yararlana biləcəklər.

 

Qeyd edək ki, “Rabitəbank” ASC Azərbaycanın 16 region və Bakı şəhərində 28 xidmət məntəqəsi, 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

 







 


OXŞAR XƏBƏRLƏR

“Bred Pitt” qadınların 325 min avro pulunu mənimsəyib

İspaniya hakimiyyəti iki qadının 325 min avro pulunu aldatmaqla mənimsəyən, fırıldaqçılıqla məşğul olan beş nəfəri həbs edib.   Sfera.az bildirir ki, ş...

100 ildən çoxdur tərk edilib: Sahibi “Titanik”də ölən qəsr

Şəhər tədqiqatçısı və bloqqer (deserted_places) Fransada sahibinin 1912-ci ildə Titanikdə faciəvi şəkildə ölməsindən sonra tərk edilmiş qalanı ziyarət edib. ...

Heç nə etmədən gündə yüzlərlə dollar qazanır - FOTO

Dünyanı gəzən macəraçı Dryu Binski yaponiyalı Şoji Morimotonu işə götürüb. Bu adam bir neçə saat üçün təxminən 100 dollara "bir müddət dost" kimi işlə...

Rusiyada ukraynalılara qarşı 5 mindən çox cinayət işi başlanılıb

2014-cü ildən bəri Rusiya istintaq orqanları Ukrayna hərbi və siyasi hakimiyyət orqanlarının nümayəndələrinə, o cümlədən millətçi strukturlara qarşı 5300-dən ço...

Blinken:Sülh sazişi regiona sabitlik və rifah gətirəcək

ABŞ Dövlət Departamenti sentyabrın 26-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın BMT Baş Assamble...

Azərbaycanda Anım Günüdür

Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür.   Sfera.az bildirir ki, Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təs...