Bakının bu ünvanında da binalar SÖKÜLÜR - Sakinlərə kirayə pulu və mənzillər veriləcək

Bakının bu ünvanında da binalar SÖKÜLÜR - Sakinlərə kirayə pulu və mənzillər veriləcək

Bakıda daha bir ərazidə söküntü işləri aparılır. 

 

Sfera.az xəbər verir ki, paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Aşıq Alı küçəsindəki qəzalı vəziyyətdə olan ikimərtəbəli binalar plana düşüb. 

 

Qəzalı binalar söküldükdən sonra yerində hündürmərtəbəli binaların inşası nəzərdə tutulub. 

 

Uzun illər ikimərtəbəli binalarda yaşayan vətəndaşlara yeni tikiləcək binalardan mənzillər təklif olunub. Yeni inşa olunacaq binalardan mənzil almaq istəyən vətəndaşlar əvvəlki evlərindən 20 kvadratmetr əlavə mənzilə sahib olacaqlar. İnşaat işləri getdiyi müddətdə isə sakinlər kirayə pulları ilə təmin edilirlər. 

 

Yeni inşa olunacaq binalardan mənzil istəməyən sakinlərə isə 1200-1500 manat arası kompensasiya təklif olunduğu deyilir. 

 

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən BAKU.WS-ə daxil olan məlumata görə, qurum tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, H.Ərəblinski, Aşıq Alı və M.Fətəliyev küçələrinin kəsişməsində layihələndirilən yaşayış və qeyri-yaşayış binalarının şəhərsalma əsaslandırılması təsdiq edilib: "Hal-hazırda vətəndaşların razılığı ilə tikinti şirkəti tərəfindən sözügedən ünvanda köçürülmə prosesi davam edir.

 

Mənzilləri sökülən şəxslərə ödəniləcək kompensasiyanın həcmi rayon icra hakimiyyətinin iştirakı ilə vətəndaşlar və tikintini həyata keçirən şirkət arasında qarşılıqlı razılaşma əsasında müəyyən edilir. Hazırda Komitə tərəfindən həmin ünvanda hər hansı tikintinin aparılmasına icazə verilməyib".


OXŞAR XƏBƏRLƏR

Xocalıda qumbara partladı - 17 yaşlı oğlan xəsarət aldı

Xocalı rayonunun Xanyurd kəndində hərbi sursat partlayıb.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və...

Şimşək çaxır, yağış yağır- FAKTİKİ HAVA

Mayın 2-si saat 18:00-a olan faktiki hava açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, ölkə ərazisinin bə...

Ağacları kütləvi şəkildə kəsən məmurlar imiş - RƏSMİ AÇIQLAMA

Zaqatala rayonu ərazisində kütləvi şəkildə qanunsuz ağac kəsmə faktlarının aşkarlanması ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsind...

İşə düzəltmək adı ilə 10 min manat ələ keçirən şəxs tutuldu

Dövlət qurumunda işə düzəltmək adı ilə vətəndaşın 10 min manatını ələ keçirən şəxs tutulub.   Sfera.az xəbər verir ki, Mingəçevir Şəhər Polis Şö...

Xocalıda hərbi sursat partlayıb - 17 yaşlı oğlan xəsarət alıb

İşğaldan azad edilmiş Xocalı rayonunun Xanyurd kəndi ərazisində 2025-ci ilin mayın 2-də hərbi sursatın partlaması hadisəsi baş verib.   Sfera.az xəbə...

Ağayev "Böyük Dəbilqə"də qızıl medal qazandı

Azərbaycanın cüdoçusu Balabəy Ağayev (60 kq) Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirində qızıl medal qazanıb.   Sf...