“Kontakt”da İlin Ən Böyük Endirimləri davam edir – SON 5 GÜN, 70%-DƏK ENDİRİM

“Kontakt”da İlin Ən Böyük Endirimləri davam edir – SON 5 GÜN, 70%-DƏK ENDİRİM

“Kontakt” mağazalar şəbəkəsinin elan etdiyi “Böyük Cümə” kampaniyası ilin ən böyük endirimləri ilə davam edir. Kampaniya başladığı gündən artıq minlərlə müştəri şəbəkənin mağazalarına axın edərək, arzuladıqları məhsulları böyük endirimlərlə ala biliblər. 

 

Siz hələ də kampaniyadan yararlanmağa fürsət tapmamısınızsa heyfslənməyin. Çünki, noyabrın 26-dək ürəyinizdən keçən istənilən növdə məhsulları “Kontakt” mağazalarına gəlib 70%-dək endirimlərlə ala bilərsiniz. Kampaniya həm də kontakt.az onlayn mağazasında da keçərlidir. 

 

Qeyd edək ki, xəyallarınızdakı məhsulun endirimli qiymətini indi 3 yox, düz 6 aya bölərək rahat şəkildə ödəmə imkanınız da var. Üstəlik əgər siz taksit kart sahibisinizsə, endirimli qiyməti 18 aylıq faizsiz hissələrə də bölə bilərsiniz.

 

Bitmədi, alıcıların rahatlığını düşünərək noyabrın 24-ü, 25-i və 26-sı şəbəkənin 

 

  • “Ukrayna Dairəsi”;
  • “İnşaatçılar metrosu”;
  • “Bakıxanov stansiyası”;
  • “Azadlıq metrosu”;
  • Cavid t/m ilə üzbəüz yerləşən yeni “Sumqayıt” mağazası;
  • O cümlədən Gənclik Mall və Dəniz Mall mağazaları gecə saat 00:00-dək fəaliyyət göstərəcək.  

 

İndi isə son 5 gün fürsətlərini diqqətinizə çatdırırıq:

 

Ütüyə 70% ENDİRİM – 2000 Vt gücə malik buxarlı Hoffmann ütüsü cəmi 5 gün ərzində 18 manata olub, həm münasib qiyməti, həm də rahat istifadəsi ilə əlinizdən tutacaq. 

 

Mikrodalğalı sobaya 50% ENDİRİM – Qiyməti kampaniya günlərində cəmi 100 manata olan Gorenje mikrodalğalı sobası 17 lt tutuma malikdir. Bu soba ilə yeməklərinizi saniyələr içərisində isidə, donmuş qidaların buzunu aça, həmçinin avtomatik təmizləmə funksiyasından faydalana bilərsiniz. 

 

Qabyuyana 50% ENDİRİM – Cəmi 400 manata qabyuyan? Bəli, bu reallıqdır. 12 dəst tutumlu sözügedən Hoffmann qabyuyanı 6 proqramla çalışa bilir. Model A++ enerjiistifadə sinfinə aid olmaqla yanaşı, az miqdarda su sərfiyyatı ilə qabların yuyulmasını da ən yaxşı şəkildə təmin edir. Məhsulun çatdırılması və quraşdırılması isə tamamilə pulsuzdur. 

 

Smartfona 27% ENDİRİM – Endirimli qiyməti cəmi 400 manata olan Samsung Galaxy A24 smartfonu 128 GB daxili yaddaş, 6.5″-lük geniş ekran, 50 MP + 5 MP + 2 MP əsas kamera və 5000 mAh batareya tutumu ilə təchiz olunmuşdur. Modelin şəbəkənin mağazalarında “black”, “silver”, “dark red” və “light green” rəngləri mövcuddur. 

 

Odur ki, kampaniya və endirimli məhsulların stoku bitmədən sizə yaxın “Kontakt” mağazasına yaxınlaşmağa tələsin! 

 

Mağaza ünvanları ilə buradan tanış ola, ətraflı məlumat üçün isə *6060 Çağrı Mərkəzi ilə əlaqə yarada bilərsiniz.


OXŞAR XƏBƏRLƏR

“Bred Pitt” qadınların 325 min avro pulunu mənimsəyib

İspaniya hakimiyyəti iki qadının 325 min avro pulunu aldatmaqla mənimsəyən, fırıldaqçılıqla məşğul olan beş nəfəri həbs edib.   Sfera.az bildirir ki, ş...

100 ildən çoxdur tərk edilib: Sahibi “Titanik”də ölən qəsr

Şəhər tədqiqatçısı və bloqqer (deserted_places) Fransada sahibinin 1912-ci ildə Titanikdə faciəvi şəkildə ölməsindən sonra tərk edilmiş qalanı ziyarət edib. ...

Heç nə etmədən gündə yüzlərlə dollar qazanır - FOTO

Dünyanı gəzən macəraçı Dryu Binski yaponiyalı Şoji Morimotonu işə götürüb. Bu adam bir neçə saat üçün təxminən 100 dollara "bir müddət dost" kimi işlə...

Rusiyada ukraynalılara qarşı 5 mindən çox cinayət işi başlanılıb

2014-cü ildən bəri Rusiya istintaq orqanları Ukrayna hərbi və siyasi hakimiyyət orqanlarının nümayəndələrinə, o cümlədən millətçi strukturlara qarşı 5300-dən ço...

Blinken:Sülh sazişi regiona sabitlik və rifah gətirəcək

ABŞ Dövlət Departamenti sentyabrın 26-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın BMT Baş Assamble...

Azərbaycanda Anım Günüdür

Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür.   Sfera.az bildirir ki, Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təs...