“Nar bağı” restoranının altından 10-dan çox insanın cəsədi tapıldı - FOTOLAR

“Nar bağı” restoranının altından 10-dan çox insanın cəsədi tapıldı - FOTOLAR

Moskvanın mərkəzində, bir restoranın altında, ekspertlərin fikrincə, 20-30 yaşlarında olan 10-dan çox adamın qalıqları tapılıb.

 

Sfera.az bildirir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

 

Qalıqlar əvvəllər “Nar bağı” restoranının yerləşdiyi Setunski keçidində iş zamanı tapılıb. Hazırda orada yeraltı kommunikasiyaların sökülməsi istiqamətində işlər aparılır.

 

Bu zaman 3,5 metr dərinlikdə işçilər 10 kəllə, 17 fəqərə, 30 qabırğa, onlarla başqa sümük və iki çənə aşkar ediblər. Jurnalistlər yazır ki, qalıqlar bütöv bir təbəqədə yatıb və inşaatçıların sökdüyü quyunun səviyyəsində yerləşib.

 

Qalıqların dəqiq kimə aid olduğu məlum deyil. Moskvada bu ərazidə restoran yalnız 2012-ci ildə açılıb və əvvəllər orada dayanacaq və sənaye zonası olub.

 

İndi aidiyyatı orqanlar Moskvada baş verənlərin bütün hallarını müəyyən etməyə yönəlmiş yoxlama işləri aparır. Yoxlamanın nəticələrinə əsasən prosessual qərar qəbul ediləcək.(lent.az)
 

 

 

 


OXŞAR XƏBƏRLƏR

“Stomatoloq” “YouTube”un məsləhəti əsasında xəstələri müalicə edib

Çexiyada özünü diş həkimi kimi təqdim edən 22 yaşlı kişi və ailə üzvləri 2023-cü ildə Havliçku Brod şəhərində stomatoloji klinika açıblar. Fırıldaqçıların hekay...

Heç kim İranı nüvə yolundan döndərə bilməz – Araqçı

İsraillə 12 günlük müharibədən sonra Tehranın nüvə texnologiyalarına sadiqliyi daha da güclənib.   xəbər verir ki, bunu İranın xarici işlər naziri Ab...

BMT əməkdaşlarının bir hissəsini İrandan çıxarır

Birləşmiş Millətlər Təşkilatı təhlükəsizlik səbəbi ilə beynəlxalq əməkdaşlarının bir qismini və onların ailə üzvlərini müvəqqəti olaraq İrandan çıxarır. &nbs...

Dünyanın ən sirli yazısını oxuya bilənlərə 1 milyon dollarlıq mükafat veriləcək

Dünyada 7 mindən çox canlı dil var. Bununla belə, dillər illər keçdikcə yox olur. Bir dildə danışan insanların sayının azalması və yeni nəslin bu dili öyrənməmə...

Bred Pitt gələcək həyat yoldaşı ilə ictimaiyyət qarşısında - FOTOLAR

61 yaşlı Hollivud aktyoru Bred Pitt özündən təxminən 30 yaş kiçik sevgilisi İnes de Ramonla ictimaiyyət qarşısına çıxıb.   Sfera.az bildirir ki, cütl...

Paşinyan: "Ermənistanda dövlət çevrilşinə cəhd olub"

"Fırıldaqçılar" Ermənistanda dövlət çevrilişi etmək niyyətində olublar, lakin cəhd baş tutmayıb".   Sfera.az xəbər verir ki, bunu Ermə...