Azərbaycanın U-19 millisi Lüksemburqa uduzdu

Azərbaycanın U-19 millisi Lüksemburqa uduzdu

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

 

Sfera.az xəbər verir ki, Aqil Nəbiyevin baş məşqçisi olduğu kollektiv 11-ci qrupdakı sonuncu matçında Lüksemburq ilə üz-üzə gəlib.

 

1:2 hesabı ilə uduzan komandamız mübarizəni dayandırmalı olub.

 

Qrupun digər görüşündə Niderland Bosniya və Herseqovinanı məğlub edib - 3:0. Bu yığmalar isə elit-raunda vəsiqə qazanıblar.

 

Qeyd edək ki, Bosniya və Herseqovina ilə qolsuz heç-heçə edən U-19 millisi Niderlanda 1:2 hesabı ilə uduzub.


OXŞAR XƏBƏRLƏR