“Napoleon” filminin rejissoru fransızları təhqir etdi - FOTO 

“Napoleon” filminin rejissoru fransızları təhqir etdi - FOTO 

Xəbər verdiyimiz kimi, məşhur Fransa imperatorunun həyatından bəhs edən yeni "Napoleon" filmi ekranlara çıxıb. Film ABŞ və İngiltərədə yüksək qiymətləndirilsə də, Fransada qəzəb dalğası ilə üzləşib.

 

Sfera.az bildirir ki, “Napaleon” filminin Britaniyalı rejissoru Ridley Scott (Ridli Skot) tənqidlərə qalmaqalla cavab verib. O, “Napoleon” bioqrafik filmi ilə bağlı fransızların tənqidini rədd edərək: "Fransızlar özlərini belə sevmirlər"- deyərək cavab verib.

 

Qeyd edək ki, ötən həftə Parisdə filmin premyerası keçirilib. Filmdə Napaleon obrazını Joaquin Phoenix canlandırıb. Böyük Britaniya və ABŞ-də rəğbətlə qarşılansa da, soyğunçu imperator obrazı Fransadakıları çox qəzəbləndirib. Fransalı tənqidçilər filmi “çox yöndəmsiz və darıxdırıcı" adlandırıblar.

 

Lakin rejissor Ridli: “Parisdə premyeraya gələn tamaşaçılar filmi çox bəyəndilər”- deyə təkidlə bildirib. Tarixçi Patris Gueniffy filmi "bir ingilisin anti-Fransa filmi" adlandırıb və rejissoru qərəzliliyə görə tənqid edib. Jurnalistlər bu barədə rejissorun fikrini öyrənmək istədikdə, Ridli: "Həqiqətən, bu suala cavab verməyimi istəyirsiniz? Danışsam, cavab yerində ancaq uzun bip səsləri eşidiləcək" - deyib.

 

Aynil

 


OXŞAR XƏBƏRLƏR

Tramp İrana təşəkkürünü bildirib

ABŞ Prezidenti Donald Tramp İranı Qətərdəki aviabazaya planlaşdırılan hücum barədə vaxtında xəbərdarlıq etdiyinə görə təşəkkür edib.   Sfera.az xəbər...

Rusiyada ayı hücumu: Ölənlər yaralananlar var

Rusiyanın Yujno-Saxalinsk bölgəsində meşəçilər meşə massivində dörd nəfərə hücum edən ayını axtarırlar.   Sfera.az-ın xəbərinə görə, bu barədə ASTV t...

Ərinin qoyduğu qanunlara görə uşaqları ilə birlikdə çayda boğulan kraliça

1960-cı ildə Taylandda yaşayan Kraliça Sunandha 19 yaşında iki uşaq dünyaya gətirərək ana olub.    Sfera.az bu dəfə həyat yoldaşı və onun qoyduğ...

Ərdoğan Niderlanda gedir - NATO zirvəsində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Niderlanda gedəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminmistrasiyasının İctimai...

Milyonlardan imtina edirlər: Ailənin satmaq istəmədiyi evdə nə gizlənir?

Milyonları rədd edən bir ailənin malikanəsində gözlənilməz tapıntı insanları heyrətə gətirib.   Sfera.az bildirir ki, Sidneyin ətrafında yerləşən Zammi...

Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi

Yaxın şərq ölkələrinin hava məkanında tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, 23 iyun 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan hav...