Qeyri-sabit hava şəraiti bu tarixədək DAVAM EDƏCƏK

Cəmiyyət
10:17 / 21.11.2023
3542
Azərbaycanda qeyri-sabit hava şəraiti noyabrın 22-si səhərədək davam edəcək.
Bu barədə Sfera.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd edək ki, noyabrın 21-i saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb. Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.