Atatürk vəfatının 78-ci il dönümündə yad edildi
Dünya
13:27 / 10.11.2016
1129
Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün ölümünün 78-ci ilində məzarı başında tədbir keçirilib.
Sfera.az Olke.az-a istinadən xəbər verir ki, tədbirə prezident Ərdoğan, Milli Məclisin sədri İsmayıl Kahraman, baş nazir Binəli Yıldırım və digər rəsmi şəxslər qatılıb.
Ərdoğan mavzoleyə əklil qoyub və 1 dəqiqəlik sükutla Atatürkün xatirəsini yad edib. Sükutdan sonra İstiqlal marşı oxunub.
Atatürkün xatirəsi İstanbulda da yad edilib. Türkiyə vaxtı ilə saat 09:05 radələrində bir çox küçədə avtomobillərin hərəkəti dayandırılıb, siqnallara basılıb. Avtomobillərindən enən vətəndaşlar 1 dəqiqəlik sükutla Kamal Paşanı yad ediblər.








