Qarət üçün girdiyi evdə yatdı, xorultusu ilə ev sahibini oyatdı - FOTOLAR

Qarət üçün girdiyi evdə yatdı, xorultusu ilə ev sahibini oyatdı - FOTOLAR

Çində oğurluq zamanı mürgüləyən kişi ev sahibini yüksək xorultu səsi ilə oyadıb. 

 

Sfera.az xəbər verir ki, hadisə Çinin cənub-qərbindəki Yunnan əyalətində baş verib.

 

Yang Mumou adlı şəxs quldurluq etmək niyyəti ilə evin pəncərəsini sındıraraq içəriyə daxil olub. Lakin o, ev sahiblərinin hələ yatmadığını anlayanda planında dəyişiklik edərək otaqlardan birində siqaret çəkməyə başlayıb və sonra yuxuya gedib. 

 

Evin sahibi körpəsi ilə yatarkən xorultuya oyanıb. Əvvəlcə o, buna əhəmiyyət verməyib, səsin qonşunun evindən gəldiyini düşünüb. Sonra qadın xoruldamanın getdikcə gücləndiyini görüb. Evə nəzər yetirib. Oğrunu otaqda yerdə yatmış vəziyyətdə görüb, həyat yoldaşını çağırıb. Dərhal hadisə yerinə gələn polis oğrunu həbs edib. Məlum olub ki, bu oğrunun təkrar cinayət əməlidir. O, 2022-ci ildə də oğurluqda təqsirli bilinib və bu ilin sentyabrda həbsdən azad edilib.

 

 

Aynil


OXŞAR XƏBƏRLƏR