İrəvanda sinaqoqa ikinci hücum: Ermənistan hakimiyyəti heç bir tədbir görməyib

İrəvanda sinaqoqa ikinci hücum: Ermənistan hakimiyyəti heç bir tədbir görməyib

Noyabrın 15-də Ermənistanda yeganə sinaqoq yandırılıb. Bu, ərəb-İsrail münaqişəsinin qızışdığı vaxtdan bəri dünyada yəhudilərin ibadətgahının yandırılması ilə bağlı ikinci, Yaxın Şərqdən sonra isə birinci belə haldır. Qeyd edək ki, daha əvvəl oktyabrın 18-də Tunisdə sinaqoq yandırılmışdı.


Sfera.az xəbər verir ki, Ermənistanın baş ravvini Qerşon Burşteyn mətbuata açıqlamasında İrəvan sinaqoqunun yandırılması barədə danışıb. 

 

Onun sözlərinə görə, hücum 40 dəqiqə davam edib. İsraillilərin və yəhudi təşkilatlarının xəbərdarlıqlarından sonra da Ermənistan hakimiyyəti ölkədəki yeganə sinaqoqun müdafiəsi üçün heç bir adekvat tədbir görməyib. Heç kim hücum edənlərin qarşısını almağa cəhd göstərməyib.

 

İrəvandakı yanğın son iki ayda Ermənistandakı yeganə yəhudi ibadət yerinə ikinci hücumdur. Birincisi, HƏMAS-ın İsrailin cənubuna hücumundan 4 gün əvvəl baş verib.


Hər iki hücuma görə məsuliyyəti ASALA terror təşkilatının varisi olduğunu iddia edən qrup (ASALA_ Young) öz üzərinə götürüb. İsrail Diaspor İşləri Nazirliyinin araşdırma mərkəzinin məlumatına görə, qrup ASALA-nın gənclər qanadıdır. Təşkilat 1975-ci ildə Livanda yarandığı gündən bu yana əsasən, Türkiyə, Avropa, Yaxın Şərq və ABŞ-dəki hədəflərə qarşı 80-dən çox terror və təxribat hücumu həyata keçirib. 1979-1980-ci illərdə ASALA terrorçuları İtaliyadakı İsrail obyektlərini bombalayıblar. ASALA-nın qurucuları Suriya kəşfiyyat xidmətləri və Fələstin militar qrupları ilə sıx əməkdaşlıq ediblər.

 

İrəvanda sinaqoqa edilən hər iki hücum bütün dünyada geniş rezonans doğurub. Avropanın ən böyük ravvin təşkilatlarından biri olan Avropa Ravvinləri Konfransının (CER) prezidenti Ermənistan hakimiyyətindən ASALA qruplaşmasının üzvlərini həbs etməyi, təşkilatı terror qruplaşması elan etməyi və yəhudi icmasının təhlükəsizliyini gücləndirməyi tələb edib.

 

Eyni zamanda, İsrailin İrəvandakı səfiri Yoel Lion Ermənistanı antisemitizmin bütün formalarını pisləməyə, bu cinayəti hərtərəfli araşdırmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırıb.

 

İsrailin ingilisdilli ən nüfuzlu nəşri “The Jerusalem Post” artıq Ermənistanı “postsovet məkanında ən antisemit ölkə” adlandırıb. Qeyd edək ki, Ermənistanda əhalinin 58%-i yəhudilərin əleyhinə fikirlər paylaşır. Yeri gəlmişkən, beynəlxalq xəbər agentliyi “BNN Breaking” bunun Ermənistanda antisemitizmlə bağlı ilk hal olmadığını qeyd edib. 

 

2023-cü ilin sentyabrından İsrailin Diaspor İşləri Nazirliyi Ermənistanda antisemitizm əhval-ruhiyyəsinin üç dəfə artdığını qeyd edib.

 

Avropa mediası da problemə diqqət çəkib. Bolqarıstanın ingilisdilli “SofiaGlobe” nəşri, “Newsweek”in Rumıniya ofisi və Polşanın “Wprost” nəşri sinaqoqa hücumla bağlı Ermənistan hüquq-mühafizə orqanlarının susqunluğunu qəbuledilməz adlandırıb. 

 

Ermənistanda hakimiyyət orqanları isə terror əleyhinə tədbir görməyə çalışmayıblar. Ermənistanın Təl-Əvivdəki səfiri Armen Akopyan həyasızcasına “Biz insanları bu cür hərəkətlərə nəyin sövq etdiyini anlamağa çalışmalıyıq” deyib. 


Ermənistan hakimiyyətinin razılığı fonunda isə "ASALA_Young" nəinki sinaqoqu təkrar-təkrar yandırır, həmçinin İrəvan və Ermənistanın digər şəhərlərində ASALA, HƏMAS və Hizbullah emblemləri olan vərəqələr paylayır. Bu vərəqlərdə yəhudilərin “ümumi düşmən” olduğu qeyd olunur. 

 

Bir çox Aİ ölkələrində və ABŞ-də terrorçu kimi tanınan ASALA-nın canlanması digər ölkələr üçün də böyük təhlükə yaradır.


Noyabrın 15-də “ASALA_Young”un bəyanatında növbəti əməliyyatların Ermənistandan kənarda, xüsusilə “Çabad”a qarşı olacağı barədə xəbərdarlıq var.

 

Qeyd edək ki, “Çabad” beynəlxalq yəhudi hərəkatıdır. ABŞ-də ən böyük yəhudi təşkilatı olan  “Çabad”, demək olar ki, bütün Avropa ölkələrində geniş şəkildə təmsil olunur. Beynəlxalq sosioloji tədqiqat agentliyi “Pew Report”un məlumatına görə, Amerika yəhudilərinin 38%-i “Çabad” hərəkatı ilə sıx əlaqədədir. Bu hərəkata ABŞ-də 1100-ə yaxın təhsil və xeyriyyə təşkilatları daxildir.

 

Aynil Camal
 


OXŞAR XƏBƏRLƏR

Nazarbayev İlham Əliyevə məktub göndərdi

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.   Sfera.az xə...

Sahibə Qafarova Zaur Askenderovla görüşdü

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Zaur Askenderovun başçılıq et...

İlham Əliyev SƏRƏNCAM İMZALADI

Prezident İlham Əliyev qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb.   Sf...

Şimali Koreya Rusiyaya əlavə qoşunlar və hərbi texnika göndərəcək - "Yonhap"

KXDR Ukrayna ilə müharibədə iştirak etmək üçün Rusiyaya əlavə qoşunlar, eləcə də hərbi texnika və kamikadze dronları göndərməyə hazırlaşır.   Sfera.a...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.   Sfera.az xəbər verir ki, təbrikdə deyilir: &nbs...

Tanımadığımız şəxslərdən gələn linklərlə bağlı AKTA-dan XƏBƏRDARLIQ — Hesabınız ələ keçirilə BİLƏR

Cari ilin noyabr-dekabr ayları ərzində kibertəhlükəsizliklə bağlı əhali arasında məlumatlılıq səviyyəsinin ölçülməsi məqsədilə Azərbaycan Kibertəhlükəsizlik Təş...