İndiyədək neçə tələbəyə təhsil krediti verilib?

İndiyədək neçə tələbəyə təhsil krediti verilib?

2023–2024-cü tədris ilinin payız semestri üzrə təhsil tələbə krediti (TTK) üçün müraciətlərin qəbulu prosesi davam edir.

 

Elm və Təhsil Nazirliyindən (ETN) Sfera.az-a bildirilib ki, təhsil krediti almaq istəyən tələbələr Təhsil Tələbə Krediti Fondunun 146 - 5 Çağrı Mərkəzinə zəng etməklə, eləcə də fondun www.e-ttkf.edu.az portalı, 051 206 78 48 “WhatsApp” nömrəsi və sosial şəbəkələrdəki səhifələri üzərindən müraciətlərini ünvanlaya bilərlər.

 

Qeyd edək ki, bu günədək ümumilikdə 25 696 tələbənin müraciəti rəsmiləşdirilib. Kredit ayrılmış 9 301 nəfər sosial, 16 395 nəfər isə standart TTK-dan yararlanıb.

 

Təhsil tələbə krediti verilən zaman girov və ya zaminlik tələb olunmur. Təhsil tələbə krediti uzunmüddətlidir və təhsil müddətində, güzəşt və möhlət dövründə tələbədən kreditin qaytarılması tələb edilməməklə yanaşı, faizlər də hesablanmır.


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev Donald Trampa başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa başsağlığı məktubu ünvanlayıb.   Sfera.az xəbər verir ki, mətndə deyilir: &nb...

"İnsanlar bəzən bilərəkdən səhv addımlar atırlar"- Yeni TƏDQİQAT

London Universitetində aparılan yeni tədqiqat insanların bəzən bilərəkdən “axmaq” və ya səhv addımlar atdığını ortaya qoyub.   Sfera.az ...

Prezident ona ali xüsusi rütbə verdi

Azərbaycan Təhlükəsizlik Şurasının katibi xidmətinin İcraya nəzarət və kadr məsələləri şöbəsinin müdiri İldırım İmran oğlu Vəliyevə III dərəcəli dövlət ədliyyə ...

Əməliyyat zamanı canlı yayım açan həkim barəsində araşdırma başlanılacaq - RƏSMİ

Özəl klinikalardan birində çalışan travmatoloq-ortoped Aqşin Məmmədovun cərrahiyyə əməliyyatı zamanı canlı yayım açması ilə bağlı araşdırma başlanılacaq. &nb...

Azərbaycanda lift istehsal ediləcək

Azərbaycan-Çin birgə kapitallı Fujiai Azerbaijan MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam...

“Keşlə” bazarında yararsız balıq məhsulları satılırmış – FOTO

Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi, ev 24M ünvanında fəaliyyət göstərən “Eurohome”da yerləşən “Keşlə” bazarında yoxlama keç...