Ərəb ölkələri Fələstinə görə Çindən YARDIM İSTƏDİ
Ərəb və bəzi İslam ölkələrinin Xarici İşlər nazirləri, həmçinin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibinin daxil olduğu nümayəndə heyəti İsrail-Fələstin müharibəsinin dayandırılması üçün BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü ilə görüşlərə başlayıblar.
Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, görüşün keçirildiyi ilk ölkə Çin olub.
Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Feysəl Bin Fərhan, İordaniyanın xarici işlər naziri Ayman Əl-Safedi, Misirin xarici işlər naziri Samih Şükri, İndoneziya xarici işlər naziri Retno Marsudi, Fələstin xarici işlər naziri Riyad Əl-Maliki və İƏT-in baş katibi Hüseyn İbrahim Taha Çinə səfər ediblər.
Səfər zamanı nümayəndə heyəti bu gün səhər saatlarında Çinin xarici işlər naziri Vanq Yi ilə görüşüb. Görüşdə Vanq Qəzzada gərginliyin azaldılması və tezliklə sülhün bərqərar edilməsi səylərini dəstəklədiklərini ifadə edərək, beynəlxalq ictimaiyyət təsirli və etibarlı tədbirləri təmin etmək üçün dərhal və indi hərəkətə keçməli olduğunu deyib.
Vasif