Qərbin “ÇARƏSİZLİYİ”: Putin onların hesabına 6 milyard avro qazanıb

Qərbin “ÇARƏSİZLİYİ”: Putin onların hesabına 6 milyard avro qazanıb

Rusiyadan Avropaya maye qaz (LNG) daşıyan yük gəmilərinin sayı artıb.

 

Sfera.az bildirir ki, bu barədə “The Telegraph” qəzeti məlumat yayıb. Qeyd olunub ki, Avropa Birliyi ölkələri Moskvanın LNG ixracının yarıdan çoxunu satın alıb.

 

“Çindən sonra  İspaniya və Fransa ən böyük alıcılardandır”, deyə bildirilib.

 

Nəşrin əldə etdiyi “Eurostat” ticarət məlumatları göstərib ki, Madrid ilin ilk doqquz ayında Moskvaya 1,8 milyard avro göndərib: “Fransa 1,5 milyard avro dəyərində yük daşımaları ilə Avropanın ikinci ən böyük alıcısı  olub. Belçika isə 1,36 milyard avro dəyərində maye qaz əldə edib. Kiyevin ən böyük dəstəkçilərindən olan Estoniya və Litva kimi ölkələr də LNG üçün Moskvaya pul göndərməyə davam ediblər”.

 

Qəzet qeyd edib ki, sözügedən prosesin Rusiyaya böyük gəlir gətirəcəyi gözlənilir: “Lakin bu ilin əvvəlində Aİ-nin enerji üzrə komissarı Kadri Simson Avropa ölkələrini Rusiyadan asılılığını azaltmağa çağırıb. Britaniya ötən ilin dekabrında Rusiya qazının idxalını qadağan edib, eləcə də daşımalarla bağlı xidmətləri bloklayıb. ABŞ həmçinin Rusiyanın əsas LNG ixracatçısı olmaq planının qarşısını almağa çalışır. Digər tərəfdən, Moskva 2030-cu ilə qədər 100 milyon ton yanacaq istehsal etməyi planlaşdırır”.

 

“The Telegraph” eyni zamanda bildirib ki, Avropa Birliyi ölkələrinin təbii qaz alması hesabına, bu il Vladimir Putin savaş silahlarına sakitcə 6,1 milyard avro  vəsait ayırıb.

 

Günay


OXŞAR XƏBƏRLƏR