“Xalqlar dostluğu”da PROBLEM - 4 dəqiqəlik yubanma oldu

“Xalqlar dostluğu”da PROBLEM - 4 dəqiqəlik yubanma oldu

“Həzi Aslanov-İçərişəhər” marşrutu üzrə hərəkət edən qatar “Xalqlar dostluğu” stansiyasında ikən qapılardan biri ilə bağlı problem yaranıb.

 

“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, operativ baxış zamanı müdaxilə nəticəsində nasazlıq ehtimalı ilə olduğu müəyyən edilib.

 

Təhlükəsizlik tələbinə uyğun sərnişinlər düşürülməklə, qatarın xətdən çıxarılması qərara alınıb.

 

Nəticədə 4 dəqiqəlik yubanma yaranıb.


OXŞAR XƏBƏRLƏR