"ƏDV geri al"ı saxtalaşdıranlarla bağlı YENİ XƏBƏR - VİDEO

ƏDV-ləri geri alarkən diqqətli olun.

 

Elektron Təhlükəsizlik Xidmətindən bildirilib ki, kiberdələduzlar tərəfindən "əəə.edv-geri.com" adı altında saxta veb-sayt yaradılıb.

 

Veb-sayt vasitəsilə vətəndaşlardan ilk növbədə FİN-kodlar tələb olunur.

 

Elektron Təhlükəsizlik Xidmətinin sektor müdiri Ləman Hüseynzadə vətəndaşları diqqətli olmağa çağırıb.

 

Sektor müdiri həmçinin onu da qeyd edib ki, vətəndaşlar belə hallarla rastlaşarsa, o zaman aidiyyatı üzrə müraciət etsinlər.

 


OXŞAR XƏBƏRLƏR