Cəlilabadda evdə yanğın: İki nəfər xəsarət aldı

Cəlilabadda evdə yanğın: İki nəfər xəsarət aldı

Cəlilabad rayonunda evdə yanğın olub, iki nəfər xəsarət alıb.

 

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Buravar kəndində qeydə alınıb. Belə ki, evdə baş verən yanğını söndürən zaman iki nəfər xəsarət alaraq, rayon xəstəxanasına aparılıb.

 

Hazırda onların şəxsiyyəti və hadisənin təfərrüatları dəqiqləşdirilir.

 

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR