Xaçmazda buna görə bələdiyyə sədri məsuliyyətə cəlb edildi

Xaçmazda buna görə bələdiyyə sədri məsuliyyətə cəlb edildi

Xaçmazda ətraf mühitin çirkləndirilməsinə görə bələdiyyə sədri məsuliyyətə cəlb edilib.

 

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Sfera.az-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə birgə keçirdikləri tədbirlər zamanı rayonun Qımılqışlaq kəndi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.

 
 

İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələblərini pozduğuna görə kəndin bələdiyyə sədri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

 

Bu istiqamətdə tədbirlər davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

9 saat səmada qalan təyyarə qalxdığı hava limanına geri qayıtdı

Bu yaxınlarda “American Airlines” reysi ilə uçan sərnişinlər doqquz saat səmada qaldıqdan sonra təyyarənin qalxdığı hava limanına geri dönüblər. ...

Şagirdlərin zəhərləndiyi deyilən məktəbin valideynləri DANIŞDILAR - VİDEO

Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbdə təhsil alan iki şagirdin zəhərlənməsi ilə bağlı iddialar yayılıb.   Sfera.az bildirir ki, hadisənin məktə...

Quttereş: "Dünyada qlobal fəlakət gözlənilir"

Dünya qlobal iqlim fəlakəti ilə üz-üzədir.   Sfera.az xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreş məlumat verib. Quterreş bildirib ki...

Qoşa Qalanın tək dərdi...- VİDEO

Həm yerli, həm də xarici turistlərin Bakıya gələrkən üz tutduğu məkanlardan biri də İçərişəhər Tarixi Memarlıq Qoruğudur.   Sfera.az-ın məlumatına gö...

Bayden Harrisə Trampı məğlub etmək üçün hansı tövsiyəni verdi?

ABŞ Prezidenti Co Bayden ABC News telekanalına müsahibəsində deyib ki, demokrat namizədə ölkədə qarşıdan gələn prezident seçkilərində qalib gəlmək üçün “ö...

Leyla Əliyeva 1 saylı psixonevroloji sosial xidmət müəssisəsində - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva 1 saylı psixonevroloji sosial xidmət müəssisəsində...