Tramp prezident seçkilərində İŞTİRAK EDƏCƏK - Məhkəmə QƏRAR VERDİ

Tramp prezident seçkilərində İŞTİRAK EDƏCƏK - Məhkəmə QƏRAR VERDİ

Kolorado ştat məhkəməsinin qərarına əsasən, Donald Tramp növbəti prezident seçkilərində iştirak edə biləcək. 


Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı “Associated Press” yayıb. 


Kolorado məhkəməsi ABŞ-nin keçmiş Prezidenti Donald Trampın Konqres binasına hücumda əli olduğuna dair hökm çıxarıb. Lakin hökmdə bildirilir ki, Tramp öz prezident andını pozmayıb və bu səbəbdən o, qarşıdan gələn prezident seçkilərində namizədliyini irəli sürə bilər. 


Trampın seçki kampaniyasının sözçüsü Stiven Çunq məhkəmənin bu şəkildə qərar qəbul etməsinə mənfi reaksiya verib. Onun sözlərinə görə, belə qərar mətni Trampı nüfuzdan salmağa xidmət edir. 


Agentliyin məlumatına görə, oxşar qərarlar əvvəllər bir neçə başqa ştatın məhkəmələri tərəfindən qəbul olunub. 


ABŞ-də seçicilər arasında keçirilən sorğular Trampın nüfuzunun artdığını göstərir. “The New York Times”ın yazdığına görə, o, ən mühüm altı ştatdan beşində – Arizona, Corciya, Miçiqan, Nevada və Pensilvaniyada hazırkı dövlət başçısı Co Baydeni qabaqlaya bilib. 


Xatırladaq ki, 2020-ci ildə Tramp prezident seçkilərində Co Baydenə uduzub. Bundan sonra etiraz əlaməti olaraq onun tərəfdarları 6 yanvar 2021-ci ildə Konqres binasına basqın ediblər.


Vasif


OXŞAR XƏBƏRLƏR