Fələstinin BMT-dəki nümayəndəsindən Qəzza ilə bağlı ÇAĞIRIŞ
Fələstinin BMT-dəki Daimi Nümayəndəsi Riyad Mənsur BMT qurum və təşkilatlarına Qəzza ilə bağlı çağırış edib.
Sfera.az xəbər verir ki, Mənsur fikirlərini BMT Baş Assambleyasının Qəzzada humanitar vəziyyətlə bağlı sessiyasında dilə gətirib.
Qəzza ilə bağlı çıxışlarına görə BMT qurumlarına və humanitar təşkilat ekspertlərinə təşəkkür edən Mənsur bölgədəki faciə ilə bağlı dərhal hərəkətə keçməyə çağırıb:
"Artıq eyni təhlillərə əsaslanan müzakirələri təkrarlamağa, İsrailin müharibəni davam etdirməsinə imkan verməyə və eyni zamanda humanitar yardım üçün təzyiq göstərməyə ehtiyac yoxdur. İlk növbədə, bu müharibəni tez bir zamanda dayandırmalısınız. Eyni müzakirələri təkrar-təkrar dinləmək əvəzinə, Qəzzada bu dəhşətli qətliamın dərhal dayandırılmasını görmək istəyirlər”.
Mənsur BMT Baş Assambleyasında üzv ölkələrin əksəriyyətinin Qəzzada atəşkəslə bağlı eyni fikirdə olduğunu vurğulayıb:
“Bunlara baxmayaraq, 40 gündən sonra hələ də humanitar atəşkəsə nail ola bilmiriksə, mütəxəssislərin burada dediklərini tətbiq etmək üçün daha nə qədər fələstinli uşaq, qadın və vətəndaşların ölməsi lazımdır?"
Firuzə Əliyeva