“Yüksək faizlər növbəti illərdə də qalacaq” - BVF

“Yüksək faizlər növbəti illərdə də qalacaq” - BVF

Beynəlxalq Valyuta Fondunun (BVF) prezidenti Kristalina Georgiyeva hazırda dünyada mövcud olan yüksək faiz dərəcələrinin 2024-cü, bəlkə də 2025-ci ilə qədər qalacağını bildirib. 


Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, BVF prezidenti bu fikirlərini Asiya Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Sammitindəki çıxışında səsləndirib. 


Həm 2023, həm də 2024-cü il üçün qlobal iqtisadi artım proqnozlarının 3 faiz olduğunu bildirən Georgieva artım gözləntilərinin bir qədər zəif olduğunu söyləyib.

 

Georgieva qeyd edib ki, qlobal iqtisadi artım ötənilki proqnozlardan bir qədər yaxşı olub, lakin son 30 ildə 3,8 faizlik artım tempinin gerisində qalıb. 


ABŞ-nin COVID-19 pandemiyasından əvvəlki iqtisadi artım sürətinə çatan yeganə böyük iqtisadiyyat olduğunu vurğulayan Georgieva inkişaf etməkdə olan ölkələrin pandemiyadan əvvəlki artım sürətindən 4-8 faiz geridə qaldığını bildirib. 


BVF rəhbərinin fikrincə, yeni mərhələdə mərkəzi banklar ehtiyatlı olmağa davam etməlidir.O yüksək inflyasiya riskinin tam aradan qalxmadığını və bu səbəbdən yüksək faiz dərəcələrinin qalmasının vacib olduğunu vurğulayıb:

 

“İnflyasiyanın azaldılması ilə bağlı yaxşı xəbər var. Keçən il 9 faizdən çox olan baza inflyasiyasının 2024-cü ildə 4,8 faizə düşəcəyini gözləyirik. İnflyasiyanın daha əlverişli səviyyəyə enməsi üçün faiz dərəcələrinin 2025-ci ilə qədər yüksək qalmasına hazır olmalıyıq”. 


Qeyd edək ki, ölkələrdə və qlobal miqyasda inflyasiya güclənəndə mərkəzi banklar faizləri qaldırırlar. İnflyasiya aşağı düşdükdə isə faizlər endirilir. Azərbaycanda da son 2 ildə faizlərin artırılması müşahidə edilib. Faizlərin artırılması inflyasiyanın cilovlanmasına, onun zəifləməsinə kömək edir. 


Lakin faizlər davamlı yüksək olduqda iqtisadi aktivlik azalır, tələb zəifləyir və nəticədə iqtisadi böyümə sürəti aşağı düşür. Buna görə də BVF-nin tövsiyə etdiyi kimi yüksək faizlər qalarsa, dünyada iqtisadi artım sürəti hələ bir neçə il ərzində də aşağı olacaq. 


Vasif


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən kiçik belinə sahib olmaq üçün milyonlar xərcləyir

ABŞ-dan olan 33 yaşlı bloqqer Aleira Avendainho tədricən bədəninin parametrlərini dəyişməyə davam edir. Onun beli cəmi 46 sm-ə çatıb. Belə dəyişikliklər qadına ...

Müntəzəm uçuş sövdələşməyə çevrildi: Sərnişinə pul ödənildi

ABŞ-da “Tampa-Nyu-York” reysi ilə uçan sərnişin sadəcə oturacaqların dəyişdirilməsinə razılıq verdiyi üçün pul alıb. Bu vəziyyət insanlar arasında y...

Premiyasız qalan işçilərdən biri qeyri-adi qisas aldı

Bir sosial şəbəkə istifadəçisi, ədalətsizliyə görə mağaza rəhbərliyindən intiqam almaq qərarına gəldiyi barədə heyrətamiz hekayə paylaşıb. Bunun üçün gənc adam ...

Rusiyada “An-24” təyyarəsinin qalıqları tapılıb: Sağ qalan yoxdur

İtmiş “An-24” təyyarəsinin qalıqları Tyndadan 15 kilometr aralıda tapılıb. İlkin məlumata görə, təyyarədə olan 46 nəfərdən heç biri sağ qalmayıb. ...

XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi oldu - FOTO

İyulun 24-də XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.    “Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev...

Lənkəranın mərkəzində mağaza yanır

Lənkəran şəhərinin mərkəzində yerləşən mağazaların birində yanğın başlayıb.   Sfera.az-ın  məlumatına görə, yanğın hadisəsi şəhərin “DOSA&...