Tək səyahət edən qadınlar üçün dünyanın ən təhlükəsiz ölkələrinin adları
Bir çoxumuz uzun səfərlər etməyi, yeni yerlər görməyi və mədəniyyətlərlə tanış olmağı sevirik.
Sfera.az bu yazıda başda Qadın, Sülh və Təhlükəsizlik İndeksi olmaqla, tək səyahət etməyi sevən qadınlar üçün bir çox meyarlara görə hazırlanmış dünyanın ən təhlükəsiz ölkələrinin siyahısını təqdim edir.
Səyahət bir çoxumuz üçün ehtiras halına gələn bir hobbidir, lakin xüsusilə pandemiya dövründən sonra insanlar tək səyahət etməyi üstün tuturlar.
“Norwegian Cruise Line” tərəfindən aparılan araşdırma, hər üç səyahətçidən birinin tək səyahət etməyi üstün tutduğunu ortaya qoyub.
“Virtuoso” turizm agentliyinin apardığı araşdırmaya görə, 2022-ci ildə 65 yaşdan yuxarı qadınların arasında təkbaşına səyahət edənlərin sayında nəzərəçarpacaq artım yaşandığı ortaya çıxıb.
Bu nisbət 2019-cu ildə 4% olduğu halda, 2022-ci ildə 18%-ə yüksəlib.
Təkbaşına səyahət edən qadınların sayı artsa da, təəssüf ki, bu gün də bu səyahətlərdə çətinliklər var.
Dünyanın hər yeri qadınların səyahət etməsi üçün təhlükəsiz olsa da, reallıq budur ki, qadınlar hələ də bütün dünyada ayrı-seçkilik və təhlükəsizlik problemləri ilə üzləşirlər.
Bununla belə, bir çox ölkələr həm qadın vətəndaşlarının, həm də qadın qonaqlarının təhlükəsizliyini artırmaq üçün addımlar atmağa başlayıblar.
Qadın səyahətçilərin təhlükəsizliyi və bərabərliyi sahəsində ən çox irəliləyiş göstərən yerləri müəyyən etmək üçün Corctaun Universitetinin Qadınlar, Sülh və Təhlükəsizlik İndeksinə, Dünya İqtisadi Forumunun Qlobal Gender Fərqi Hesabatına və İqtisadiyyat və Sülh İnstitutunun Qlobal Sülh İndeksinə nəzər salaq.
Araşdırmaya görə qadınların tək səyahət edərkən seçə biləcəyi bu 5 ölkə sıralanıb.
1. Sloveniya
Sülh və Təhlükəsizlik İndeksinə əsasən, Sloveniya son illərdə qadınların təhlükəsizliyi üçün böyük uğurlara imza atıb. Sloveniyada qadınların 85%-nin özünü təhlükəsiz hiss etdiyi açıqlanıb.
2. Ruanda
Qadın, Sülh və Təhlükəsizlik İndeksinə görə parlamentinin 55%-i qadınlardan ibarət olan Ruanda gender bərabərliyi baxımından birinci yerdədir. Ölkə ictimai təhlükəsizlik baxımından da sözügedən indeksdə birinci yerdədir. Bundan əlavə, sizə qəribə də gəlsə, Ruanda İqtisadiyyat, təhsil, səhiyyə və siyasət sahələrində ədalətli olan Qlobal Gender Boşluğu İndeksində dünyada altıncı yerdədir.
3. Birləşmiş Ərəb Əmirlikləri
Yaxın Şərq və Şimali Afrikada qadınların təhsili və maliyyə inklüzivliyi üzrə ən yüksək ballardan birinə sahib olan BƏƏ eyni zamanda regionda gender bərabərliyi üzrə liderdir. O, həmçinin ictimai təhlükəsizlik kateqoriyasında indeksə daxil olan ölkələr arasında ən yüksək yeri tutur. 15 və daha yuxarı yaşda olan qadınların 98,5 %-i gecələr yaşadıqları şəhər və ya ərazidə təkbaşına gəzərkən özlərini təhlükəsiz hiss etdiklərini bildirirlər.
4. Yaponiya
Həddindən artıq aşağı zorakılıq və cinayət nisbətində Yaponiya Qlobal Sülh İndeksinə görə dünyanın ən təhlükəsiz 10 ölkəsindən biri kimi sıralanır. Yalnız qadınlar üçün metro vaqonları və yalnız qadınlar üçün yaşayış yerləri var ki, bu da tək səyahət edən qadınların özlərini əlavə təhlükəsiz hiss etməsinə səbəb ola bilər.
5. Norveç
Norveç qadınların maliyyə inklüzivliyi və cəmiyyətin təhlükəsizliyi üzrə ən yüksək bal topladığı üçün dünyanın ən bərabərhüquqlu və ən xoşbəxt ölkələrinin ilk 10-luğuna daxildir. Bütün bu səbəblərə görə Norveç Qadın, Sülh və Təhlükəsizlik İndeksində də 1-ci yerdədir.
Aysel
Sfera.az