Napoleonun kötücəsi bu filminin təqdimatında iştirak etdi - FOTO
Londonda yeni "Napoleon" filminin premyerası olub. Filmin müəllifi Ridli Skottdur.
Sfera.az bildirir ki, Napaleonun kötücəsi Şahzadə Jan-Kristof Napoleon və həyat yoldaşı filmin premyerasında iştirak edib.
Napoleon Bonapartın varisi Avstriyanın sonuncu imperatorunun nəvəsi ilə evlənib.
Qeyd edək ki, Napoleonun yeganə bioloji oğlu IV Napoleon gənc yaşında vəfat edib və övladı olmayıb. Napoleonun ikinci oğlu, qeyri-qanuni qraf Aleksandr Kolonna-Valevskinin övladları isə Bonapartın nəslinə iddia edə bilməz.
Buna görə də bu gün nəslin faktik davamçısı VII Napoleon, VIII Napoleon, hətta IX Napoleon adlanan Jan-Kristof hesab olunur. Jan-Kristof Bonapart şərti olaraq Fransa imperator taxtının da varisidir.
Jan-Kristof Londonda yaşayır və çox nadir hallarda Fransaya gəlir.
Filmə gəlincə isə, artıq həm Böyük Britaniyada, həm də ABŞ-da müsbət rəylər alıb.
Lakin fransız tənqidçiləri filmi “çox yöndəmsiz” və “darıxdırıcı” adlandırıblar.
Hətta tarixçi Patris Gueniffy filmi "bir ingilisin filmi… çox anti-fransız" kimi tənqid edib.
Filmi darıxdırıcı hesab etdiyini söyləyən Patris, fransız əsgərlərinin amerikan aksentində “Vive la France” qışqırmalarını da “yöndəmsiz”, “gülməli” bir şey adlandırıb.
Başqa bir tənqidçi filmdəki Napoleonu "əslində nə etdiyini bilməyən əsəbi oğlan” adlandırıb.
Filmin yaradıcısı Ridley Scott isə tənqidlərə kəskin şəkildə: “Hər kəs öz işi ilə məşğul olsun" - cavab verib.
Aynil
Sfera.az