Qadın direktorun səs yazısı gündəm oldu - VİDEO

Qadın direktorun səs yazısı gündəm oldu - VİDEO

Hacıqabulun Kolanı kənd orta məktəbinin direktoru Arifə Əliyevanın səs yazısı yayılıb. Səs yazısındakı şəxs məktəbliləri “Bura meymunluğa gəlmisiniz”, “Qoyun sürüsü” və s. kimi ifadələrlə təhqir edib.

 

Metbuat.az xəbər verir ki, direktorun dediklərindən aydın olur ki, rəhbərlik etdiyi təhsil ocağında nizam-intizam yoxdur. Məsələ ilə bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsinin Hacıqabul rayonu üzrə Təhsil Sektorundan bildirilib ki, məlum səs yazısından məlumatlıdırlar.

 

Səs yazısı ötən tədris ilində 9-cu siniflər arasında keçirilən buraxılış imtahanlarının nəticəsi açıqlandıqdan sonra yayılıb. Həmin vaxt şagirdlər zəif nəticə göstərdikləri üçün direktor Arifə Əliyeva əsəblərini cilovlaya bilməyərək onları danlayıb və həmin səs yazısı məktəbdə işləyən bir müəllim tərəfindən qərəzli şəkildə yayılıb. Qurumun mövqeyindən belə aydın olur ki, problem direktorun şagirdlərlə hansı formada ünsiyyət qurmasında yox, səs yazısının yayılmasındadır. Elm və Təhsil Nazirliyinin mətbuat xidmətindən isə bildirilib ki, sözügedən məsələ araşdırılır.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan Hərbi Dəniz Donanması Günüdür

5 Avqust Azərbaycan Hərbi Dəniz Donanması Günüdür.   Sfera.az xatırladır ki, Azərbaycan Hərbi Donanması 1919-cu ildə Azərbaycan Xalq Cumhuriyyəti döv...

Bakının mərkəzində mənzildən meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyət...

Bir zamanlar iti ilə maşında yatan kişi dünya ulduzuna çevrildi - FOTOLAR

"Şotlandiya Müharibə Maşını" da adlandırılan Lukanın həyatı kökündən dəyişib. Onun çox maraqlı həyat hekayəsi var. Arzusuna gedən yolda o, uşaq baxıcı...

Bu zoopark əhaliyə çağırış etdi: Ev heyvanlarını yırtıcılara vermək üçün bağışlayın

Danimarkadakı zoopark yerli sakinləri sağlam ev heyvanları, xüsusən də dovşan, toyuq və qvineya donuzlarını yırtıcı heyvanlar üçün yem kimi ianə etməyə çağırıb....

Dünyanın ən gülməli ölkələrinin adı AÇIQLANDI

Remitly tərəfindən aparılan beynəlxalq araşdırma zamanı planetin ən gülməli xalqları müəyyən edilib. Ekspertlər 30 ölkədən 6000-dən çox insan arasında sorğu keç...

Ad gününə 2 gün qalmış xəstəlikdən vəfat etdi - FOTO

1970-1980-ci illərin sevimli aktrisalarından biri olan Loni Anderson vəfat edib.   Sfera.az xəbər verir ki, aktrisa 80 illik yubileyinə iki...