Müğənni efirə çıxıb qeyrətdən, namusdan danışmamalıdır - Tolik

Müğənni efirə çıxıb qeyrətdən, namusdan danışmamalıdır - Tolik

Tarix Əliyev aparıcısı olduğu "Tarixin bir günü” verilişində qalmaqallı açıqlama verib.

 

Aparıcı-prodüser bəzi televiziya verilişlərini və ora çıxan müğənniləri tənqid edib:

 

"Sosial şəbəkədə Nadir Qafarzadə maraqlı çıxış edib. Mən də onunla razıyam. Bəzi verilişlər də, müğənnilər də özünü yığışdırmalıdır. Efirdə çıxıb "Həci”lərinin aldığı hədiyyələrdən danışmamalıdırlar, xalqa acıq verməməlidirlər, ağıl verməməlidirlər. Sən xalqa xidmət edirsən ona ağıl verə bilməzsən. Sən gərək onlara nümunə olasan. Müğənni efirə çıxıb qeyrətdən, namusdan danışmamalıdır, bu qıcıq yaradır.

 

Daha sonra Tarix Əliyev verilişinə çağırmadığı sənətçilərdən söz açıb:

 

"Bəzi sənətkarlar da yerini bilmir. Onlara yerlərini göstərmək lazımdır. Yaşlısan deyə başımıza çıxmayacaqsan ki? Deyir ki, mən verilişlərə çıxmıram. Gör heç mən səni çağırıram? Elə sənətkarlar var ki, mən onları illərlə çağırmıram heç bir verilişimə. Çünki o mənə maraqsız insandır”./Azxeber.com


OXŞAR XƏBƏRLƏR

Araşdırmaya görə, ən tənha insanların yaşadığı yerlər məlum olub

Yunanıstan və Kiprdəki səmavi mənzərələr və günəş işığının bolluğu insanın belə gözəllikdə həqiqətən xoşbəxt olacağına zəmanət vermir. Bu yerlər özünü tənha his...

Böyük evinin olmasına baxmayaraq 4 ildir maşında yaşayır - FOTO

Çinli proqramçı Zhang Yunlai öz dörd mərtəbəli evinin olmasına baxmayaraq, dörd ildir ki, elektrik avtomobilində yaşayır. Kişi bu seçimi azadlığı və rahatlığı ü...

Niyə bəzi ölkələrdə həbsxanadan qaçmaq cinayət sayılmır?

Həbsxanadan qaçmağın hər yerdə ağır cəzaya səbəb olduğunu düşünürsənsə, yanılırsan. Bəzi ölkələrdə məhbusların qaçmağa cəhdləri tamam fərqli anlayışla qarşılanı...

Ağcabədidə ağır qəza, iki hərbçi həlak oldu- VİDEO

Ağcabədidə baş verən qəzada iki nəfər ölüb.    Sfera.az-ın xəbərinə görə, hadisə rayon ərazisində baş verib.   Belə ki, hərəkətdə ola...

Azərbaycanda ən çox hansı avtomobillər kreditlə alınır?

2024-cü il üzrə Azərbaycanda fiziki şəxslər tərəfindən alınan istehlak kreditləri çərçivəsində avtomobil kreditlərinin strukturu dəyişib, ekoloji cəhətdən daha ...

“Yalı Çapkını”nın andiçmə mərasimi oldu - VİDEO

“Yalı Çapkını”nın Feriti Mert Ramazan Demirim əsgərlikdən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, Hatayda ödənişli hərbi xidmətdə...