Bu gün Azərbaycan səmasında meteorlar görünəcək

Bu gün Azərbaycan səmasında meteorlar görünəcək

Noyabrın 17-si gecəboyu Leonid meteor selinin piki baş verəcək.

 

Sfera.az xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

 

Bildirilib ki, Ay saat 20:35-də batacaq və onun işığı meteorları görməyə mane olmayacaq.

 

Ayın olmadığı qaranlıq səmada saatda 10-15 meteor görmək mümkündür. Leonidləri 2 dekabra kimi müşahidə etmək mümkün olacaq. Meteorlar gecəyarısına yaxın üfüqə yaxın hissədə, əsasən Şir bürcü ətrafında müşahidə olunmağa başlayacaq.

 

Paralel trayektoriya ilə Yerin atmosferinə daxil olan meteoridlər bu cür meteor sellərini yaradır. Onların səmada peyda olduğu nöqtə radiant adlanır və adətən, meteor selləri həmin radianta uyğun gələn bürclərin adı ilə adlandırılır.

 

Qeyd edək ki, 1966-cı il noyabrın 17-də səhər saatlarında 15 dəqiqə ərzində dəqiqədə minlərlə meteor düşüb. Həmin gecə Leonid meteorları qısa müddət ərzində yağış kimi yağıb. Bu hadisə insanlarda Yerin kosmosda hərəkət edərkən meteor axınından keçməsi barədə təəssürat yaradıb. Leonidlərin bu cür intensiv yağışı 33-34 illik periodla təkrarlanır.

 

2023-cü ilin sonunadək 14-15 dekabrda Geminid meteor selinin, 22-23 dekabrda isə Ursid meteor selinin piki gözlənilir. Geminid meteor selinin pikində saatda 150, ursidlərdə isə 10-dan çox meteor düşür. 21-22 dekabrda tam Ay fazasına yaxın olduğundan ursidlərin müşahidəsinə mane olacaq.


OXŞAR XƏBƏRLƏR

Makron: Paris Kiyevə silah tədarükünü davam etdirəcək

"Fransa Ukraynanı silahla təmin etməyə davam edəcək və uzunmüddətli perspektivdə təhlükəsizliyin təmin olunmasına kömək edəcək". Sfera.az xəbər v...

9 saat səmada qalan təyyarə qalxdığı hava limanına geri qayıtdı

Bu yaxınlarda “American Airlines” reysi ilə uçan sərnişinlər doqquz saat səmada qaldıqdan sonra təyyarənin qalxdığı hava limanına geri dönüblər. ...

Şagirdlərin zəhərləndiyi deyilən məktəbin valideynləri DANIŞDILAR - VİDEO

Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbdə təhsil alan iki şagirdin zəhərlənməsi ilə bağlı iddialar yayılıb.   Sfera.az bildirir ki, hadisənin məktə...

Quttereş: "Dünyada qlobal fəlakət gözlənilir"

Dünya qlobal iqlim fəlakəti ilə üz-üzədir.   Sfera.az xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreş məlumat verib. Quterreş bildirib ki...

Qoşa Qalanın tək dərdi...- VİDEO

Həm yerli, həm də xarici turistlərin Bakıya gələrkən üz tutduğu məkanlardan biri də İçərişəhər Tarixi Memarlıq Qoruğudur.   Sfera.az-ın məlumatına gö...

Bayden Harrisə Trampı məğlub etmək üçün hansı tövsiyəni verdi?

ABŞ Prezidenti Co Bayden ABC News telekanalına müsahibəsində deyib ki, demokrat namizədə ölkədə qarşıdan gələn prezident seçkilərində qalib gəlmək üçün “ö...