Piyadalar üçün ən təhlükəli avtomobillər - ARAŞDIRMA

Piyadalar üçün ən təhlükəli avtomobillər - ARAŞDIRMA

Araşdırmalara görə, “boxy” modellər piyadalar üçün daha təhlükəlidir.

 

Sfera.az xəbər verir ki, Yol Təhlükəsizliyi Sığorta İnstitutunun (IIHS) dərc etdiyi araşdırmaya görə, yüksək ön dizaynı və kəskin xətləri olan avtomobillər mümkün qəzalarda piyadalara daha çox ölümcül ziyan vurur.

 

IIHS bu hesabatı minik avtomobilləri, pikaplar və yolsuzluq avtomobilləri də daxil olmaqla bir piyadanın iştirak etdiyi təxminən 18.000 müxtəlif qəzaları araşdıraraq hazırlayıb. Toplanan məlumatlara görə, kapotun hündürlüyü 40 düymdən (101 sm) yüksək olan avtomobillər hündürlüyü 30 düym (76 sm) və burnu yuvarlanan avtomobillərə nisbətən 45% daha ciddi ziyana səbəb olur. Həmçinin araşdırmaya görə, kapotun hündürlüyü 30-40 düym (76-101 sm) və düz ön dizaynı olan avtomobillər yaralanma riskini artırır.

 

IIHS prezidenti David Harkey bildirib ki, bu gün piyada keçidlərindən keçərkən qarşılaşdığımız nəqliyyat vasitələri olduqca qorxuludur:

 

"Ön tərəfdən baxanda aqressiv görünüşə malik avtomobillər həqiqətən daha çox ziyan vurur".


IIHS Baş Tədqiqat Mühəndisi Ven Hu bildirib ki, istehsalçılar avtomobillərinin kapotlarını və ön barmaqlıqlarını daha çox yamaclı dizayn etməklə zərəri əhəmiyyətli dərəcədə azalda bilərlər:

 

"Ön dizayndakı böyük və düz elementlərin heç bir funksional faydası yoxdur.Tədqiqatlar göstərir ki, kapotu 35 düymdən (89 sm) yüksək olan nəqliyyat vasitələri piyadalar üçün daha təhlükəlidir çünki onlar baş zədələrinə daha çox səbəb olurlar. Həm hündür, həm də kəskin xətləri olan avtomobillər sinə və omba üzərində buraxdıqları təsirlərə görə daha təhlükəlidir.

 

"Aydındır ki, nəqliyyat vasitələrinin ölçülərinin artırılması vətəndaşların həyatı bahasına başa gəlir" deyən Harkey, "Biz avtomobil istehsalçılarını xüsusilə SUV və pikap modellərinin dizaynını nəzərdən keçirməyə və yeni həllər tapmağa təşviq edirik".

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Natəvan Bayramova yeni vəzifəyə təyin olundu

"Referans Medical Group"un İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinə yeni rəhbər təyin olunub.   Sfera.az xəbər verir ki,...

Ayın 8-i kabusu... - Azərbaycanda bir ailənin başdaşına eyni tarix yazılıb

Ağstafa rayonunun Qırılı kəndində bir ailənin faciəli taleyi bütün kəndi dərindən sarsıdıb. Belə ki, eyni ailədən bir il ərzində 5 nəfərin ölməsi özü-özlüyündə ...

Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsinin Konqresdən keçməsinə razılıq vermə imkanını ciddi şəkildə nəzərdən ...

Azərbaycanda ana doğuş zamanı öldü - TƏFƏRRÜAT

20:06   İmişli rayonundan olan qadın Sabirabadda doğuş zamanı ölüb. Sfera.az xəbər verir ki, İmişli rayon sakini, 1992-ci il təvəllüdlü Kərimova...

Yuxarı Qarabağ kanalında naməlum kişi meyiti tapıldı

Yuxarı Qarabağ kanalının Bərdə rayonu ərazisindən keçən hissəsində naməlum kişi meyiti tapılıb.   Sfera.az-ın məlumatına görə, meyit Yuxarı Qarabağ k...

Ermənistanda hərbi hissədə partlayış: Yaralananlar var

Ermənistan Müdafiə Nazirliyinin poliqonunda minaatan mərmisinin partlaması nəticəsində bir neçə nəfər yaralanıb.   Bu barədə Sfera.az“Armenpres...