"Xiaomi" avtomobil istehsal edəcək - FOTO

Orta seqmentdə böyük diqqət çəkən flaqman və cib telefonu modelləri ilə gündəmdə olan "Xiaomi" 2021-ci ildən bəri planlaşdırdığı elektrikli avtomobil bazarına nəhayət daxil olur. 


 
Sfera.az xəbər verir ki, son illərdə bir çox Çin şirkəti elektromobil sənayesinə qarışaraq Avropa modelləri üzərində üstünlük qazanmağa başlayıb. 

 

Rəsmi sənədlərə əsasən, "Xiaomi" “SU7” seriyasını gözləniləndən daha tez bazara çıxaracaq.

 

"Xiaomi" artıq Çində elektrikli avtomobillərin satışı üzrə lisenziya almaq üçün müraciət edib. 

 

"Xiaomi" “SU7” və “SU7 Max” modellərinin inkişafı üçün istehsalı da öz üzərinə götürəcək “BAIC Group” ilə əməkdaşlıq edir. İki avtomobilin dizaynı çox oxşar olsa da, çox əhəmiyyətli fərqlər var. Hətta fərqli akkumulyator texnologiyalarına malik olan iki avtomobilin maksimal sürəti müvafiq olaraq 210 km/saat və 265 km/saat, çəkiləri isə 1980 kq və 2205 kq-dır.

 

Firuzə Əliyeva

 


OXŞAR XƏBƏRLƏR

Natəvan Bayramova yeni vəzifəyə təyin olundu

"Referans Medical Group"un İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinə yeni rəhbər təyin olunub.   Sfera.az xəbər verir ki,...

Ayın 8-i kabusu... - Azərbaycanda bir ailənin başdaşına eyni tarix yazılıb

Ağstafa rayonunun Qırılı kəndində bir ailənin faciəli taleyi bütün kəndi dərindən sarsıdıb. Belə ki, eyni ailədən bir il ərzində 5 nəfərin ölməsi özü-özlüyündə ...

Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsinin Konqresdən keçməsinə razılıq vermə imkanını ciddi şəkildə nəzərdən ...

Azərbaycanda ana doğuş zamanı öldü - TƏFƏRRÜAT

20:06   İmişli rayonundan olan qadın Sabirabadda doğuş zamanı ölüb. Sfera.az xəbər verir ki, İmişli rayon sakini, 1992-ci il təvəllüdlü Kərimova...

Yuxarı Qarabağ kanalında naməlum kişi meyiti tapıldı

Yuxarı Qarabağ kanalının Bərdə rayonu ərazisindən keçən hissəsində naməlum kişi meyiti tapılıb.   Sfera.az-ın məlumatına görə, meyit Yuxarı Qarabağ k...

Ermənistanda hərbi hissədə partlayış: Yaralananlar var

Ermənistan Müdafiə Nazirliyinin poliqonunda minaatan mərmisinin partlaması nəticəsində bir neçə nəfər yaralanıb.   Bu barədə Sfera.az“Armenpres...