Bu şəxslərin NƏZƏRİNƏ!: Ödənişlərin verilməsinə BAŞLANILDI

Bu şəxslərin NƏZƏRİNƏ!: Ödənişlərin verilməsinə BAŞLANILDI

Azərbaycanda vəhşi heyvanların hücumu nəticəsində dəyən zərərə görə fermerlərə ödənişlərin edilməsinə başlanılıb.

 

Bu barədə Sfera.az-a Aqrar Sığorta Fondundan məlumat verilib.

 

Bildirilib ki, indiyədək sığortalanan təsərrüfatlarda vəhşi heyvanların hücumu nəticəsində 14 hadisə qeydə alınıb.

 

Vəhşi heyvanların hücumları Hacıqabul, Zəngilan və Laçın rayonlarındakı təsərrüfatlarda baş verib. Bəzi hadisələrə görə ödənişlər edilib, digər hadisələr üzrə isə ödənişlərin həyata keçirilməsi üzrə zəruri sənədlər toplanılır.

 

Qaydalara görə, aqrar sığorta südlük və ətlik mal-qaranı, eləcə də xırdabuynuzlu heyvanları əhatə edir. Sığorta tarifi fermerin seçdiyi sığorta zərfindən asılı olaraq 6,1-9,5% arasında dəyişir. Sığorta haqqının 50%-ni fermerə dəstək üçün dövlət ödəyir. Nəticədə, məsələn, qiyməti 2 000 manat olan mal-qaranın ümumi sığorta haqqı 122-190 manat arasında dəyişir. Fermer isə bu məbləğin yalnız 50%-ni ödəyərək təsərrüfatını sığorta edə bilər. Məsələn, qiyməti 300 manat olan qoyunu sığorta etmək üçün ümumi sığorta haqqı 18-28 manat, fermerin ödədiyi məbləğ 9-14 manat təşkil edir.

 

Qeyd edək ki, 2023-cü ilin yanvar-sentyabr aylarında Aqrar Sığorta Fondu tərəfindən kənd təsərrüfatı heyvanlarının tələf olması üzrə fermer və təsərrüfatlara ümumilikdə 624 min manat sığorta ödənişi həyata keçirilib. Kənd təsərrüfatı heyvanlarının sığorta şərtləri və sığorta tarifləri barədə ətraflı məlumatı Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsi (www.asf.gov.az/heyvandarliq) və Heyvandarlıq kalkulyatoru vasitəsilə almaq mümkündür.

 

Xatırladaq ki, ölkəmizdə dövlət dəstəyi ilə təqdim edilən aqrar sığorta vasitəsilə əkin sahələrini, kənd təsərrüfatı heyvanlarını və balıqçılıq təsərrüfatlarını sığortalamaq mümkündür. Aqrar sığorta çərçivəsində heyvanlar yoluxucu xəstəliklər, ilan və ya həşərat sancması, zəhərli ot, yem və kimyəvi maddələrdən zəhərlənmə, təbii fəlakət, yanğın, üçüncü şəxslərin hərəkətləri ilə yanaşı, vəhşi heyvanların hücumundan da sığortalanır.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan Hərbi Dəniz Donanması Günüdür

5 Avqust Azərbaycan Hərbi Dəniz Donanması Günüdür.   Sfera.az xatırladır ki, Azərbaycan Hərbi Donanması 1919-cu ildə Azərbaycan Xalq Cumhuriyyəti döv...

Bakının mərkəzində mənzildən meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyət...

Bir zamanlar iti ilə maşında yatan kişi dünya ulduzuna çevrildi - FOTOLAR

"Şotlandiya Müharibə Maşını" da adlandırılan Lukanın həyatı kökündən dəyişib. Onun çox maraqlı həyat hekayəsi var. Arzusuna gedən yolda o, uşaq baxıcı...

Bu zoopark əhaliyə çağırış etdi: Ev heyvanlarını yırtıcılara vermək üçün bağışlayın

Danimarkadakı zoopark yerli sakinləri sağlam ev heyvanları, xüsusən də dovşan, toyuq və qvineya donuzlarını yırtıcı heyvanlar üçün yem kimi ianə etməyə çağırıb....

Dünyanın ən gülməli ölkələrinin adı AÇIQLANDI

Remitly tərəfindən aparılan beynəlxalq araşdırma zamanı planetin ən gülməli xalqları müəyyən edilib. Ekspertlər 30 ölkədən 6000-dən çox insan arasında sorğu keç...

Ad gününə 2 gün qalmış xəstəlikdən vəfat etdi - FOTO

1970-1980-ci illərin sevimli aktrisalarından biri olan Loni Anderson vəfat edib.   Sfera.az xəbər verir ki, aktrisa 80 illik yubileyinə iki...