“Dünyanın yeni pandemiyası” – ÜST AÇIQLADI

“Dünyanın yeni pandemiyası” – ÜST AÇIQLADI

Türkiyənin Həyat Xəstəxanası “Ümumdünya Diabet Günü” çərçivəsində insanları maarifləndirmək üçün silsilə tədbirlər həyata keçirib.

 

Sfera.az xəbər verir ki, xəstəxanın Baş Həkimi Dr. Fatih Özkul həmin tədbirlərdə diabet xəstəliyi haqqında danışıb.

 

Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı diabeti epidemiya, yəni pandemiya hesab edir.

 

"Söhbət təkcə şəkərdən getmir. Bu xəstəlik  qaraciyər, böyrəklər, ürək, beyin və sinir sistemi, eləcə də mərkəzi sinir sistemi üçün təhlükəli xroniki xəstəlikdir. Diaqnozu asan olan bu xəstəliyin müalicəsi çox önəmlidir”.

 

Həkim həmçinin qeyd edib ki, bütün dünyada şəkərli diabet xəstələrinin sayı artır və 2020-ci ilə qədər Türkiyədə 5 milyon şəkərli diabet diaqnozunun olacağı gözlənilirdisə, hazırda 2020-ci ildən sonra 7 milyondan çox şəkərli diabet diaqnozu qoyulub.

 

Xatırladaq ki, 2000-ci illərdə dünyada 171 milyon şəkərli diabet xəstəsi olduğu halda, 2025-ci ildə bu rəqəmin 380 milyonu keçəcəyi gözlənilir.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən kiçik belinə sahib olmaq üçün milyonlar xərcləyir

ABŞ-dan olan 33 yaşlı bloqqer Aleira Avendainho tədricən bədəninin parametrlərini dəyişməyə davam edir. Onun beli cəmi 46 sm-ə çatıb. Belə dəyişikliklər qadına ...

Müntəzəm uçuş sövdələşməyə çevrildi: Sərnişinə pul ödənildi

ABŞ-da “Tampa-Nyu-York” reysi ilə uçan sərnişin sadəcə oturacaqların dəyişdirilməsinə razılıq verdiyi üçün pul alıb. Bu vəziyyət insanlar arasında y...

Premiyasız qalan işçilərdən biri qeyri-adi qisas aldı

Bir sosial şəbəkə istifadəçisi, ədalətsizliyə görə mağaza rəhbərliyindən intiqam almaq qərarına gəldiyi barədə heyrətamiz hekayə paylaşıb. Bunun üçün gənc adam ...

Rusiyada “An-24” təyyarəsinin qalıqları tapılıb: Sağ qalan yoxdur

İtmiş “An-24” təyyarəsinin qalıqları Tyndadan 15 kilometr aralıda tapılıb. İlkin məlumata görə, təyyarədə olan 46 nəfərdən heç biri sağ qalmayıb. ...

XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi oldu - FOTO

İyulun 24-də XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.    “Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev...

Lənkəranın mərkəzində mağaza yanır

Lənkəran şəhərinin mərkəzində yerləşən mağazaların birində yanğın başlayıb.   Sfera.az-ın  məlumatına görə, yanğın hadisəsi şəhərin “DOSA&...