“Qızıl qələm” mükafatının verilməsi dayandırıldı – Rəşad Məcid AÇIQLADI

“Qızıl qələm” mükafatının verilməsi dayandırıldı – Rəşad Məcid AÇIQLADI

“Qızıl qələm” mükafatının verilməsi dayandırılıb.

 

Sfera.az bildirir ki, bunu Mətbuat Şurasının sədri Rəşad Məcid deyib. Onun sözlərinə görə, sözügedən mükafat son zamanlar jurnalistikadan uzaq şəxslərə təqdim edilirdi:

 

“Vaxtilə cəmiyyətdə müəyyən nüfuz qazanmış, dəyərli qələm adamlarına verilmiş, Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı adlanan qurumun təsis etdiyi "Qızıl qələm" mükafatı son illər jurnalistikadan uzaq insanlara təqdim olunmaqla öz etibarını itirib. Bu, cəmiyyətdə haqlı narazılığa səbəb olub. Mətbuat Şurasının tapşırığı ilə quruma faktiki rəhbərlik edən Çingiz Qurbanoğlu Şuraya dəvət olunub, icraçı katibin müavini İlqar Tağıyev Mətbuat Şurasının mövqeyini, irad və tövsiyələrini onun diqqətinə çatdırıb”.

 

 

R.Məcidin sözlərinə görə, nəticədə Çingiz Qurbanoğlu Azərbaycan Mətbuat Şurasına müraciət ünvanlayıb:

 

“O, məktubunda “Qızıl qələm” mükafatının təqdimatının dayandırıldığını yazıb. Mətbuat Şurası da müraciəti anlayışla qarşılayaraq problemin həllini tapdığını bildirir. Digər ictimai qurumlara da müraciət edərək media adı ilə mükafatlar verilməsində ehtiyatlı davranmağa, Azərbaycan jurnalistikasının nüfuzuna xələl gətirən addımlardan çəkinməyə çağırırıq”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

Azərbaycan Hərbi Dəniz Donanması Günüdür

5 Avqust Azərbaycan Hərbi Dəniz Donanması Günüdür.   Sfera.az xatırladır ki, Azərbaycan Hərbi Donanması 1919-cu ildə Azərbaycan Xalq Cumhuriyyəti döv...

Bakının mərkəzində mənzildən meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyət...

Bir zamanlar iti ilə maşında yatan kişi dünya ulduzuna çevrildi - FOTOLAR

"Şotlandiya Müharibə Maşını" da adlandırılan Lukanın həyatı kökündən dəyişib. Onun çox maraqlı həyat hekayəsi var. Arzusuna gedən yolda o, uşaq baxıcı...

Bu zoopark əhaliyə çağırış etdi: Ev heyvanlarını yırtıcılara vermək üçün bağışlayın

Danimarkadakı zoopark yerli sakinləri sağlam ev heyvanları, xüsusən də dovşan, toyuq və qvineya donuzlarını yırtıcı heyvanlar üçün yem kimi ianə etməyə çağırıb....

Dünyanın ən gülməli ölkələrinin adı AÇIQLANDI

Remitly tərəfindən aparılan beynəlxalq araşdırma zamanı planetin ən gülməli xalqları müəyyən edilib. Ekspertlər 30 ölkədən 6000-dən çox insan arasında sorğu keç...

Ad gününə 2 gün qalmış xəstəlikdən vəfat etdi - FOTO

1970-1980-ci illərin sevimli aktrisalarından biri olan Loni Anderson vəfat edib.   Sfera.az xəbər verir ki, aktrisa 80 illik yubileyinə iki...