Şəkil çəkən göyərçinlər

Şəkil çəkən göyərçinlər

1907-ci ildə alman əczaçı Julius Neubronner öz göyərçinlərini izləmək üçün göyərçin fotoqrafiyasını icad edib.

Sfera.az bu maraqlı ixtiranın tarixini təqdim edir.
 

Neubronner həvəskar kimi fotoqrafiya ilə maraqlanırdı. Bu vaxt, peşəsinin bir hissəsi olaraq, reseptləri götürmək və dərmanları çatdırmaq üçün göyərçinlərdən istifadə edirdi. Tibbi ləvazimatların daha tez çatdırılması üçün istifadə etdiyi göyərçinlərindən biri bir ay idi ki, gəlmirdi.


Ən çox güvəndiyi göyərçin bir ay sonra qayıdan zaman onun bu müddət ərzində harada olduğu ilə maraqlanan Neubronnerin ağlına bir fikir gəldi.


O, göyərçinlərə avtomatik olaraq fasilələrlə şəkil çəkən kamera bağlamaq qərarına gəlib.

Əvvəlcə Neubronner quşların ona hansı görüntüləri qaytaracağı ilə maraqlanırdı. Lakin bir müddət sonra o, mümkün rəsmləri əvvəlcədən planlaşdırmağa başlayıb.
Belə ki, Neubronner quşun uçuş sürətini bildiyi üçün onun qalxma nöqtəsini də təyin edib. Quşun şəklini çəkmək istədiyi obyektə çatacağı məsafəni tənzimləyib və buna uyğun olaraq avtomatik çəkiliş hazırlayıb.

 

Planı uğurlu alındıqda, ​​Neubronner bu ixtiraya görə patent almaq üçün müraciət edib. Lakin Neubronnerin müraciəti patent ofisində etimadsızlıqla qarşılanıb və rədd edilib.


Neubronner onlara təsdiq edilmiş fotoşəkilləri verdikdən sonra ofis patent verməyə razılaşıb. Neubronnerin ixtirası 2 dekabr 1908-ci ildə “Yuxarıdan mənzərə fotoşəkillərinin çəkilməsi metodu və vasitələri” adı altında patentləşdirilmişdir.


Neubronner sevimli ixtirasını populyarlaşdırmaq və bazara çıxarmaq üçün çox səy göstərib. 1909-cu ildə Drezdendə 20 fərqli ölkədən 1600 iştirakçının qatıldığı Beynəlxalq Fotoqrafiya Sərgisində o, “Sistem Dr. Neubronner”i təqdim edib.


O, göyərçinlər vasitəsilə çəkdiyi fotoları açıqcaya çevirib. Bu, marketinq qələbəsi idi və Neubronnerin aerofotoqrafiyası məşhurlaşdı.
 

Julius Neubronner patenti aldıqdan bir neçə ay sonra Müharibə Departamenti ilə əlaqə yaradıb. O, casusluq əməliyyatlarında potensial istifadəsini təhlükəyə atmamaq üçün ixtirasını gizli saxlayırdı.


Birinci Dünya Müharibəsi başlayanda Neubronnerə bütün kameralarını və portativ avadanlığını hərbi istifadə üçün əlçatan etmək tapşırılıb. Ancaq Neubronnerə ordunun müharibə zamanı ixtiradan istifadə etmədiyi məlumatı çatdırılıb.


Neubronnerin ölümündən sonra göyərçinlərlə təcrübələr davam etdirilib. 1931-ci ildə Alman Ordusu hər uçuşda 200 fotoşəkil çəkə bilən kameraları sınaqdan keçirib.
 

Hələ 1970-ci illərin sonlarında CIA-nın casusluq missiyaları üçün göyərçinlərdən istifadə etdiyi iddia edilir, lakin təfərrüatlar bu günə qədər də gizli saxlanılır.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Məhkəmə Xoşqədəm Hidayətqızına qadağa qoydu

Ötən ilin dekabrında “Boztəpə” su kanalının İmişli rayonunun Qaragüvəndikli kəndindən keçən hissəsində müəmmalı şəraitdə itkin düşmüş 11 yaşlı Rasim...

"Qarabağ" "Neftçi"ni darmadağın edir - YENİLƏNDİ

Azərbaycan Premyer Liqasının VII turunda təşkil olunan "Qarabağ" - "Neftçi" oyunu başlayıb.   Sfera.az xəbər verir ki, matç saat ...

SOCAR BP ilə memorandum imzaladı

Bu gün Bakıda BP və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR ) arasında BP-nin Xəzər dənizinin Azərbaycan sektorunda iki hasilat və kəşfiyyat bloku üzrə sazişlərə ...

Stallone qızları üçün 25 milyon dollarlıq dəbdəbəli malikanə alır - FOTOLAR

78 yaşlı Hollivud aktyoru Silvestr Stallone üç qızı - Sofiya, Sistine və Skarlet üçün dəbdəbəli hədiyyə etmək qərarına gəlib. Sfera.az bildirir ki, məşhur ...

Bu ərazilərdə görmə məsafəsi məhdudlaşacaq

Dumanlı və yağıntılı hava şəraiti ilə əlaqədar avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xid...

Qarabağda evini kirayə verib, Bakıya qayıdanlara XƏBƏRDARLIQ

Son günlər keçmiş məcburi köçkünlər arasında bəzilərinin işğaldan azad edilən torpaqlarda onlara dövlət tərəfindən bağışlanan evləri kirayə verərək, Bakıya qayı...