Adriana Lima yeni görünüşü ilə bağlı tənqidlərə CAVAB VERDİ

Adriana Lima yeni görünüşü ilə bağlı tənqidlərə CAVAB VERDİ

Məlum olduğu kimi, Los-Ancelesdə film premyerasında iştirak edən braziliyalı model Adriana Lima sosial şəbəkələrdə tənqidlərə məruz qalıb. Sosial şəbəkələrdə onun dəyişimi geniş müzakirə mövzusu olub.
 

Sfera.az bildirir ki, Adriana Lima üç gün sonra tənqidçilərə kəskin cavab verib.
 

Limanın film premyerasından olan şəkillərinə şərhlərdə onu tənqid edənlər üzgərmə əməliyyatı və ya dolğuların həddindən artlq olmasını iddia ediblər.
 

Bəzi şərhçilər Limanın özünü şikəst etdiyini, bəziləri isə hətta plastik cərrahını həbs etməyi təklif ediblər.
 

Görünüşü ilə bağlı tənqidlərə cavab verən model İnstaqramda makiyajsız selfi yerləşdirərək yorğun ananın simasının belə göründüyünü bildirib.
 

Lima makiyajsız fotosunu göstərərək, "İki yeniyetmənin, bir yeriməyi yeni öyrənən bir yaşlı hiperaktiv körpə və üç itin yorğun anasının üzü…
Narahatlığınıza görə təşəkkür edirəm" yazıb.

Xatırladaq ki, Adriana Lima bu yaxınlarda yenidən “Victoria's Secret” modeli kimi işə qayıtmışdı. Modelin 2022-ci ilin avqustunda sevgilisindən oğlu Cian Lima Lemmers dünyaya gəlib.


Onun keçmiş əri, NBA oyunçusu Marko Jaricdən 14 yaşlı Valentina və 10 yaşlı Sienna adlı qızları da var. Cütlük 5 il evli olub və 2014-cü ildə ayrıldıqlarını elan ediblər.
 

Model 1999-2018-ci illərdə işlədiyi “Victoria's Secret” brendi ilə əməkdaşlığı bərpa edib. O, yeni “Heavenly eau de parfum”un siması olub.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR