Uill Smit dostu ilə cinsi əlaqədə olduğunu inkar edir - FOTO
Uill Smit “The Fresh Prince of Bel-Air” filmində rol aldığı aktyor Duane Martin ilə cinsi əlaqədə olması ilə bağlı iddiaları qəti şəkildə rədd edib. Qalmaqal Uillin keçmiş köməkçisi Braz Bilalın iddialarından sonra başlayıb. Bilal Uill Smitin film çəkilişi zamanı soyunub-geyinmə otağında həmkarı ilə cinsi əlaqədə olduğunu bildirib.
Sfera.az bildirir ki, Uill Smit və həyat yoldaşı keçmiş köməkçini məhkəməyə verəcəklərini deyiblər.
Smit özü ittihamları tamamilə uydurma və yalan adlandırıb.
Qeyd edək ki, Braz Bilal "Unwine With Tasha K" verilişində özünü Uill Smitin keçmiş köməkçisi və dostu kimi qələmə verib.
Bilal aktyorun Tişa Kempbelllə evliliyindən bəhs etməsə də, Jada Pinkett Smit ilə münasibətini tənqid edib.
Uillin hər üç övladı xəbərləri mediadan öyrəndikdən sonra özlərini çox pis hiss edib.
Aktyorun həyat yoldaşı Jada Pinkett Smit də Bilalın şousundan sonra açıqlama verib. O, ailəsinə atılan böhtana görə məhkəməyə müraciət edəcəyini bildirib.
Aktrisa ittihamı gülünc adlandırıb və:
“Biri haqqında fikir sahibi olmaq başqa şeydir, əxlaqsız, pis niyyətli hekayələr uydurmaq başqa şeydir”-deyə bildirib.
Bilalın isə “hadisə”nin nə vaxt şahidi olduğu bəlli deyil.
Aynil
Sfera.az