Paşinyandan “sülh” AÇIQLAMASI: “Diplomatik səyləri gücləndirəcəyik”
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasından danışıb.
Sfera.az bildirir ki, o, Ermənistan parlamentinin üzvləri qarşısında çıxış edərək sülh naminə siyasi və diplomatik səyləri gücləndirəcəklərini söyləyib.
“Əgər prinsiplər razılaşdırılıbsa, sülh müqaviləsini niyə imzalamırıq? Bunun əsas səbəbi tərəflər arasında etimadın olmamasıdır. Bu, mətnin üzərində işə neqativ təsir göstərir”, - Paşinyan deyib.
Sülh sazişi ilə bağlı dəqiqləşdirilməli olan məsələlərin qaldığını vurğulayan baş nazir fikirlərini bu cür davam etdirib:
“Hər bir təklif və maddənin fərqli şərh olunmasının qarşısını almaq üçün mexanizm formalaşdırılmalıdır. Digər məsələ saziş imzalandıqdan sonra gərginliyin artmasının qarşısını almaq üçün təhlükəsizlik təminatlarının yaradılmasıdır. Hökumətimiz və mən bu problemlərin aradan qaldırılması üçün siyasi və diplomatik səylərimizi gücləndirmək niyyətindəyik”.
Günay