“Açıqlama verməyəcəyik” – Paşinyan KTMT tədbirinə qatılmamasından danışdı
Siyasət
14:25 / 16.11.2023
4910
Ermənistan parlamentində çıxış edən Baş nazir Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitlərində iştirak etməmək qərarı ilə bağlı açıqlama verib.
Sfera.az xəbər verir ki, bu barədə “NTV Haber” məlumat yayıb.
Paşinyan KTMT-nin Ermənistanın təhlükəsizliyi ilə bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyini bildirib.
“Biz təhlükəsizlik sahəsində başqa tərəfdaşlar axtarırıq. Strateji baxımdan KTMT-dən çıxmaq barədə qərar vermədiyimiz üçün siyasətimizdə dəyişikliklə bağlı heç bir açıqlama verməyəcəyik”, deyə o, bildirib.
Qeyd edək ki, Paşinyan noyabrın 23-də Belarusda keçiriləcək KTMT sammitinə qatılmayacaq.
Ülkər Abdurahmanlı