ABŞ-dən Azərbaycana qarşı QƏRƏZLİ ADDIM: “Bu, regionda ciddi problem yaradacaq”

ABŞ-dən Azərbaycana qarşı QƏRƏZLİ ADDIM: “Bu, regionda ciddi problem yaradacaq”

ABŞ Konfransının Xarici Əlaqələr komitəsində “Dağlıq Qarabağ”ın gələcəyi ilə bağlı dinləmələr keçirilib. Dövlət katibinin köməkçisi Ceyms Obrayn və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin  Avrasiya və Avropa Bürosu rəhbərinin müavini Aleksandr Sokolovski çıxışlarında ölkəmizi ittiham ediblər. 

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, sözügedən dinləmələr erməni lobbisinin təsiri ilə keçirilir və bu, ABŞ-Azərbaycan əlaqələrində ciddi problem yarada bilər:

 

“Vaşinqton Ermənistan vasitəsilə Rusiyanı regiondan çıxarmaq istəyir, lakin onun bu addımları öz geostrateji mövqeyinə zərbə vurur. Azərbaycan ABŞ və Fransanın həyata keçirdiyi siyasətə qarşı addımlar atmalıdır. Vaşinqtonla diplomatik təmasları artırmalı və ölkəmizə yönələn siyasi təzyiqləri neytrallaşdırmalıdır. Ermənistan beynəlxalq müstəvidə əlverişli gündəm yaradıb Azərbaycana qarşı hərbi hücumlar reallaşdıra bilər”.

 

Müsahibimiz bildirib ki, ABŞ İranla Azərbaycan arasındakı Zəngəzur dəhlizi ilə bağlı memarandumu da hədəf alıb:

 

“ABŞ Azərbaycanı İran və Rusiya ilə birgə hərəkət etdiyi üçün qınayır. Halbuki, son illərə kimi Ermənistan, Rusiya və İranla birgə Azərbaycana qarşı siyasət aparıb. Vaşinqton Ermənistan vasitəsilə regionda gərginlik yaratmağı planlaşdırır. Lakin nəticədə Ermənistan növbəti məğlubiyyətlə üzləşəcək”.

 

Günay
 


OXŞAR XƏBƏRLƏR

İki nəhəng avtomobil istehsalçısı BİRLƏŞİR - Səbəbkar Çindir

Yaponiyanın tanınmış avtomobil istehsalçılarından olan “Honda” və “Nissan” birləşmək haqqında razılığa gəliblər.   Sfera.az ...

Rusiya-İran strateji tərəfdaşlıq sazişi niyə ləngiyir? - ŞƏRH

Rusiya və İran təxminən 1 ildir ki, strateji tərəfdaşlıq sazişini imzalaya bilmir. Rusiya və İran rəsmiləri oktyabr və noyabr ayında verdikləri açıqlamalarda sa...

Bu universietdə təhsil haqqı ARTDI

İran Azad Universitetinin tibb elmləri fakültəsində təhsil haqqı 300 faiz artırıldığından tələblər ödəniş edə bilmir və nəticədə borclu qalıblar.   S...

Pirotexniki vasitələr satan 11 nəfər saxlanıldı

Polis əməkdaşları tərəfindən Bakıda və bölgələrdə partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlə...

Qayınatasıgilin 50 gün öncə öldüyü evdə CANINA QIYDI - Bir qardaşı da illər öncə... + FOTO

İki gün öncə Goranboyda baş vermiş intihar hadisəsinin təfərrüatı məlum olub.   Sfera.az “Qafqazinfo"ya istinadən xəbər verir ki...

Misli Premyer Liqasında matçları nə qədər azarkeş izləyib?

Misli Premyer Liqasının 2024/2025-ci illər mövsümünün ilk yarısında 90 oyun keçirilib.   Sfera.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinad...