"HƏMAS müharibə cinayəti törədib" - Bayden
Siyasət
13:38 / 16.11.2023
7399
İsrailin Qəzza zolağında hərbi məqsədlər üçün istifadə etdiyi xəstəxanaya hücumu barədə danışan ABŞ Prezidenti Co Bayden HƏMAS-ı günahlandırıb.
Sfera.az xəbər verir ki, bu barədə “Ntv haber” məlumat yayıb.
"HƏMAS xəstəxanalardan istifadə edərək hərbi cinayətlər törədib. HƏMAS zərərsizləşdirilənə qədər müharibə davam edəcək. İsrail bu prosesdə mülki insanlara zərər verməmək üçün diqqətli olmalıdır” -, o fikirlərini sonlandırıb.
Bayden müharibənin nə qədər davam edəcəyini bilmədiyini desə də, az müddətdə HƏMAS tərəfindən saxlanılan girovların azad ediləcəyinə ümid etdiyini bildirib.
Ülkər Abdurahmanlı